Hər şagirddən hər ay 8-12 manat toplanır və... - Naxçıvanda məktəblilər "Hədəf"in sınaq imtahanlarına zorla göndərilir?
17-01-2024 [14:02]
Naxçıvanda şagirdlər özəl "Hədəf Kursları”nın hər ay orta məktəblərdə təşkil etdiyi sınaq imtahanlarında iştiraka məcbur edilirlər.
Hər bir imtahanda iştirakın qiyməti aşağı siniflər üçün 8, yuxarı siniflər üçün isə, şagird başına 12 manatdır. Bundan əlavə, yuxarı sinif şagirdləri hər ay 24 manat ödəyib, iki sınaq imtahanında iştirak etməlidirlər: attestat və blok imtahanları. Bir çox məktəblərdə imtahanda iştirak etməyənlər dərsdən qovulur, bəzilərində isə, başqa üsullarla cəzalandırılırlar. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim və valideyin məlumat verib.
Onların sözlərinə görə, şagirdlərin imtahanlarda iştirakının məcburi olması ilə bağlı qərarı yerli Təhsil Nazirli qəbul edib. Son dəfə məcburi sınaq imtahanı ötən il dekabrın 27-də keçirilib, növbəti imtahan isə, bu il yanvarın 24-nə təyin olunub.
Şərur rayondakı məktəblərdən birində müəllim işləyən M. Bayramov deyir ki, özəl kursların məktəblərdə sınaq imtahanları keçirməsi qanuna uyğun deyi və burada məqsəd şagirdlərin hesabına pul qazanmaqdır:
"Bu qanunsuz qayda Elxan Nəcəfov nazirliyə müavin təyin olunandan sonra tətbiq olunur. O, bundan əvvəl „Hədəf Kursları”nın Naxçıvan filialında işləyirdi. İndi əlinə imkan keçib, bu kursa qanunsuz pul qazandırır. Eşitdiyimizə görə, hər sınaq imtahanından sonra toplanan pulların müəyyən faizi ona çatır, o da yuxarıdakılarla bölür. Bu səbəbdən bu imtahanlarda iştirakı məcburi edilib. Bu işə də direktorları cəlb ediblər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. Nazirlik monitoriq kurslarının keçirilməsini təşkil etməlidir. Özəl hazırlıq kursları isə, imtahanları öz binasında keçirməlidir, məktəbdə yox. Burada da şagirdlərin iştirakı məcburi yox, könüllü olmalıdır“.
Valideynərdən Nəsibə Cəfərova deyir ki, buna dəfələrlə etiraz etsələr də nəticəsi olmayıb:
“Elxan Nəcəfovun təyinatından sonra direktorlara tapşıraraq verib ki, Hədəf və digər kurslarının məktəblərdə sınaq imtahanlarını keçirilsin. Onlar da bütün şagirdlərə zorla 12 manat ödətdirərək ayda bir dəfə kurslara cəlb edirlər. Bir çox valideynlərin narazılıqlarına baxmayaraq, yenə də uşaqlar sınaq imtahanında pul ödəməyə məcbur olunurlar. Həm şagirdlərə xəbərdarlıq edirlər, həm də valideynlərə zəng edib deyirlər ki, pul verməyənlərin uşaqları məktəbdən qovulacaq. Biz də uşaqlarımızın gələcəyini düşünüb, pulu verməyə məcbur oluruq“.
Şərur rayonun Fizika Riyaziyyat Təmayüllü Liseydə isə “Güvən” nəşriyyatının təşkil etdiyi sınaq imtahanları daha bahadır- 18 manata.
Valideynlərdən R. M. deyir ki, qanunsuzluqla bağlı aidiyyəti qurumlara şikayət etsələr də nəticəsi olmayıb:
“Şərur rayon Fizika Riyaziyyat Təmayüllü liseyində “Güvən” nəşriyyatının sınağını 18 manatdan təşkil edil etdi, uşaqlar və valideynlər pulu ödəməy məcbur edildi. Sınaq imtahanlarında iştirak etmək istəməyən, pulu verməyən şagirdləri dərsdən qovaraq, gedib pulu gətirməkləri tələb olundu. Hara şikayət etsək də xeyri olmadı”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi