Çinin əhalisi sürətlə azalır - Hindistan əhali sayına görə liderə çevrilir
17-01-2024 [09:30]
Çinin əhalisi 2 milyon azalaraq 1 milyard 409 milyon olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ölkənin Milli Statistika Bürosu yayıb.
Məlumata görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb: "Çinin əhalisi 1960-cı illərin quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildən azalmağa başlayıb. Hazırda doğum səviyyəsi 1949-cu ildən bəri ən aşağı səviyyədədir. Çində 2023-cü ildə 9,02 milyon körpə doğulub ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz azalıb. Ölümə gəldikdə isə, 2023-cü ildə ölkədə 11,1 milyon ölüm qeydə alınıb. Bu, hər min nəfərdən 7,87 faizi deməkdir. 2022-ci ildə isə ölüm faizi mində 7,37 olub. beləliklə, ötən illə müqayisədə ölüm hallarının sürətlə artması da diqqəti cəlb edib. Onu da qeyd edək ki, Çin hökuməti 2022-ci ilin sonunda COVID-19 tədbirləri ləğv edildikdən sonra virusla əlaqəsi səbəbindən ölənlərin sayını açıqlamağı dayandırdı".
Ekspertlərin fikrincə, Çin uzunmüddətli demoqrafik dəyişikliklə üz-üzədir ki, onun əhalisi tədricən qocalacaq və əmək qabiliyyətli əhalinin payı getdikcə azalacaq.
Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən 2016-cı ildə imtina edib və uşaq sahibi olma limitini 2-yə qaldırıb, daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun qəbul olunub: "Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətə baxmayaraq, yeni nəsillər iqtisadi inkişafın yavaşlaması və yaşam xərclərinin artması səbəbindən uşaq sahibi olmağaa tərəddüd edir".
Yeri gəlmişkən, araşdırmaçıların təxminlərinə görə, Hindistan "dünyada ən çox əhalisi olan ölkə" kimi Çini geridə qoyub.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin dərc etdiyi təhlildə, Hindistanda rəsmi siyahıyaalma olmasa da, bu il ölkənin əhalisinin 1 milyard 425 milyona çatdığı iddia olunub: "Təşkilatın “Dünya Əhali Gözləntiləri 2023” hesabatında Çin əhalisinin 2023-cü ildə “mütləq azalma dövrünə” girəcəyi, Hindistan əhalisinin isə artmağa davam edəcəyi və dünyanın ən sıx əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılırdı. Hesabatda Çinin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyona enəcəyi təxmin edildiyi bildirilib".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi