Ər arvadının rəhbərlik elədiyi klinikaya xəstə yönləndirir? - "Yeni Klinika" ilə "EGE hospital"in direktorları barədə maraqlı iddia yayıldı
16-01-2024 [18:45]
Barat Yusubov "Yeni Klinika"ya rəhbər gələndən bəri müəssisədən "EGE Hospital"a yönləndirmələr çoxalıb.
Bununla bağlı AFN.az-a danışan mənbə iddia edir ki, demək olar, hər gün dövlət xəstəxanasından adıçəkilən özəl xəstəxanaya "müştəri" göndərilir: "EGE Hospital"a hazırda Barat Yusubovun xanımı Gültəkin Yusubova rəhbərlik edir. Barat Yusubov "Yeni Klinika"ya rəhbər təyin ediləndən bəri xəstələrin bir çox prosedurlar üçün - sığortalı-sığortasız "EGE Hospital"a yönləndirməsi halları çoxalıb. Belə çıxır ki, Barat Yusubov dövlət müəssisəsi olan "Yeni Klinika"dan öz şəxsi biznesini "çiçəkləndirmək" üçün istifadə edir".
Qeyd edilənlərlə bağlı "Yeni Klinika"nın mətbuat xidmətindən AFN.az-a bildirilib ki, müəssisədə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tibbi xidmətlər təklif olunur: "Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə (qeydiyyat yeri nəzərə alınmadan) və ya göndərişlə tibb müəssisəsinə yaxınlaşaraq növbə götürməklə tibbi xidmətlərdən yararlana bilər.
Müraciət edən pasiyentə Xidmətlər Zərfi daxilində ehtiyac olan tibbi xidmət "Yeni Klinika"da mövcud deyilsə (bu çox məhdud sayda xidmətlərlə bağlıdır), müvafiq qaydaya uyğun olaraq həmin xidmətin təqdim olunduğu digər dövlət xəstəxanalarına göndəriş verilir. Göndərişin verildiyi tibb müəssisəsi imtina verdiyi təqdirdə isə ölkədə fəaliyyət göstərən özəl klinikalara göndərişlərin verilməsi təmin olunur".
Qeyd edək ki, özəl tibb müəssisələrində də Xidmətlər Zərfi daxilində göstərilən xidmətlər vətəndaş üçün tam ödənişsiz həyata keçirilir.
Yeri gəlmişkən, Mia.az xəbər verir ki, adıçəkilən bu saytın feysbuk-dakı paylaşımına "Yeni Klinika"nın sözçüsü İradə Allahyarova çox maraqlı reaksiya verib.
O, paylaşımda məsələyə belə münasibət bildirib:
"Böhtanı adını gizlədərək göndərən Yarməmmədlər həmişə olub və olacaq. Mənəviyyət təəssüf ki, göndərişlə olmur. Yeni Klinikaya axın da, xidmətdən razı qalan insan sayında artım da, xidmətlərin sayının artırılması da göz önündədir. Barat Yusubov həkim olub ferma biznesi ilə də məşğul olmayıb, bu ölkədə ən iri tibb müəssisələrinə rəhbərlik edib - yəni peşəsinin menecerliyini edib. Xanımı da həkimdir və evdən oturub həyat yoldaşının açdığı moda evini çalışdırmır - o da peşəsindən irəli gələn sahənin menecerliyini edir. Odur ki, bu iki faktı birləşdirib uydurduqları böhtan sadəcə absurddur. Yazılacaq şərhlərə reaksiya verməyəcəm, amma fikrimi yazmaya da bilməzdim".
Tahir
MİA.AZ
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə