Mənzil və torpaq sahəsinin alqı-satqısı... - Notariuslar yeni ildən vətəndaşlardan 20 min manatdan yuxarı pulun mənbəyini tələb edir (Araşdırma)
15-01-2024 [12:32]
Bəzi notariuslar yeni ildən daşınmaz əmlak alan vətəndaşlardan 20 000 manatdan yuxarı olan məbləğlərə görə pulun mənbəyini göstərməsini tələb edirlər.
Bununla bağlı sosial platformada yayılmış xəbərlər geniş müzakirəyə səbəb olub. Yayılan xəbərlərə görə, notariuslar ev alan vətəndaşlardan gəlir deklorasiyası tələb edirlər.
Mia.az xəbər verir ki, "Sputnik Azərbaycan" bu məlumatların nə qədər həqiqətəuyğun olduğunu araşdırıb.
27 saylı notariusdan Sputnik Azərbaycan-a bildirildi ki, alınan daşınmaz əmlakın qiyməti 20 min manatdan artıqdırsa, alıcı vəsaitin məbləğini bildirməlidir.
Əlaqə saxladığımız bəzi notariuslardan isə yalnız vətəndaşlardan ev almaq üçün pulu hardan əldə etdiyinə dair anket məlumatları tələb olunduğunu bildirdilər.
20 saylı notariusdan dedilər ki, vətəndaş sadəcə ev almaq üçün vəsaiti hardan aldığını anketdə qeyd etməlidir: "Həmin anket məlumatı sənədin içərisinə qoyulur, aidiyyatı qurumlar tərəfindən doğruluğu yoxlanılır. Vətəndaş vəsaitin mənbəyini düzgün göstərməlidir".
30 saylı notariusdan isə bildirdilər ki, ev alan şəxslərdən pulun haradan əldə edilməsinə dair məlumat və hər hansı sənəd tələb olunmur.
44 saylı notariusda da ev alan şəxslərdən gəliri barədə məlumatlar soruşulur. Notariusdan bildiriblər ki, bu, hələlik pilot layihədir. Vətəndaşlardan ev əldə etmək üçün vəsaiti haradan aldığını təsdiqləyən rəsmi gəlir bəyannaməsi tələb olunmur. Amma yaxın gələcəkdə belə bir sənədin alqı-satqı zamanı tələb olunacağı gözlənilir.
Əlaqə saxladığımız bəzi notariuslardan isə bu məlumatların vətəndaşlardan qanun dəyişdiyi üçün tələb olunduğunu bildirdilər. Notariuslardan əldə etdiyimiz məlumata görə, alıcılardan gəlirlərinin mənbəyinin soruşulması "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun tələbinə uyğun aparılır.
Apardığımız kiçik araşdırma zamanı öyrəndik ki, daşınmaz əmlak alan vətəndaşlardan 20 000 manatdan yuxarı olan məbləğlərə görə pulun mənbəyini göstərməsi tələbi hələki notariuslarda pilot layihə olaraq tətbiq edilir. Yeni qayda artıq bəzi notariuslarda tətbiq olunur.
Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun tələbinə görə notariuslar da həmin sistemin iştirakçılarıdır. Qanuna görə, notariuslar alqı-satqı prosesində məbləğ 20 min manatdan yuxarıdırsa, vəsaitin hardan əldə edildiyini müəyyən etməlidir.
Hüquqşunas onu da bildirib ki, qanun mövcud olsa da, tətbiqi mexanizmi mövcud deyil:
"Bizdə həmişə olduğu kimi qanunvericiliyin tətbiqi mexanizmi müşkül olur. Çirkli pulların yuyulması, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin üzə çıxarılması baxımından bu qanunun tətbiqi vacib olsa da, Azərbaycanda vəsaitin əldə edildiyi mənbəyi təsdiqləmək əksər hallarda mümkünsüzdür. Notariusda alqı-satqı zamanı vətəndaşlar daşınmaz əmlak üçün pulu qənaətlə yığdığını, yaxud yaxın qohum-əqrabasından qaldığını söyləyə bilər. Bunu sübut etmək üçün mexanizmlər isə demək olar ki, yoxdur. Çünki vaxtilə kimin babasından, yaxınından nə qədər miras pul qaldığının uçotu aparılmayıb. Ona görə də, vətəndaş rahatlıqla bu pulun ona atasından, babasından qaldığını anket məlumatlarına qeyd edə bilər. Amma bu zaman da bu məlumatı vətəndaşdan tələb etməyin bir mənası qalmır".
Həmsöhbətimiz deyir ki, bəzən vətəndaşlar bunu "Gəlir deklarasiyası haqqında" Qanunla səhv salırlar:
"Gəlirlərin bəyanı məmurlara aiddir. Həmçinin burada məbləğ məhdudiyyəti yoxdur. Məmur məbləğindən asılı olmayaraq, gəlirinin mənbəyini göstərməlidir. Amma bu qanun hələki bizdə tətbiq olunmur. 19 il əvvəl qanun qəbul olunsa da, heç bir məmur gəliri ilə bağlı hesabat vermir. Hazırda notariuslar çirkli pulların yuyulması, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin üzə çıxarılması ilə bağlı qanunvericiliyin tələbinə uyğun hərəkət edirlər".
Xatırladaq ki, deputat Vüqar Bayramov da bildirib ki, bu sahədə yeni qanunun qəbuluna ehtiyac var:
"Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunub, amma işləmir. Azərbaycanda gəlirlərin deklarasiyası barədə yeni qanunun qəbuluna ehtiyac var. Həm çirkli pulların yuyulması, həm bütövlükdə bu sahədə şəffaflığın artırılması, xüsusilə də vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır. Bütün hallarda vəzifəli şəxslər öz gəlirlərini deklarasiya etməlidirlər".
MİA.AZ
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə