Gürcüstanla sərhəddə gərginlik – soydaşlarımız yeni problemlə üz-üzə

img

16-06-2014 [14:16]


Azərbaycana qonaq gələn Gürcüstanlı soydaşlarımız daha bir problemlə üz-üzə qalıblar.

Bu barədə Mia.az-a Gürcüstanın Dumanisi rayon sakini məlumat verib. Onun sözlərinə görə, Bakıda yaxın qohumları yaşadığından ildə bir neçə dəfə Azərbaycana gəlir: «Hər il 3-4 dəfə Bakıya gəlib 10-15 gün övladlarımın yanında qalıram, digər yaxın qohumlarla görüşürəm. Ötən ilin aprel ayından isə Azərbaycanın Miqrasiya Xidməti digər əcnəbilər üçün nəzərdə tutulan qadağaları Gürcüstan vətəndaşlarına, o cümlədən bu ölkədə yaşayan azəri kökənli vətəndaşlara da tətbiq etməyə başladı. Yəni Azərbaycana daxil olduqdan sonra üç gün ərzində müvəqqəti qeydiyyata durmağı tələb etməyə başladılar. Lakin Azərbaycan prezidenti İlham Əliyevin «Mən bütün azərbaycanlıların prezidentiyəm, onların təminatçısıyam» sözlərini yada salan Gürcüstan azərbaycanlıları ilə Azərbaycanın işıqlı ziyalılarının xahişlərindən sonra Miqrasiya Xidməti bizə (Gürcüsnan vətəndaşlarına) güzəşt etdi. Yəni müvəqqəti qeydiyyata düşmədən Azərbaycanda 28 gün yaşamağa icazə verildi».

 Adının çəkilməsindən ehtiyyat edən soydaşımız deyir ki, 28 gün yaşamaq güzəşti isə heç bir xəbərdarlıq edilmədən bu ayın, yəni iyun ayının 1-dən ləğv edilib: «İyun ayının 1-dən rəsmi ay qeyri-rəsmi xəbərdarlıq etmədən Gürcüstan vətəndaşlarına da digər əcnəbilər kimi 3 günlük məcburi qadağanı tətbiq etməyə başlayıblar. Bu qadağadan xəbərsiz Azərbaycana gəlib, 8-10 gün qalanları artıq cərimə etməyə başlayıblar. 15 gün Azərbaycanda olan bacım oğlunu dünən Sınıq-körpü sərhəd-kecid məntəqəsində saxlayıb deyiblər ki «qırımızı»dasan. Onu Ağstafaya qaytarıb, 300 manat cərimə ödədiblər. Maraqlı budur ki, sərhəddən Azərbaycana keçəndə, bu haqda kimsəyə məlumat vermirlər. Bu isə açıq şəkildə eyni kökə malik insanlarımıza göstərilən soyğunçu münasibətdən başqa bir şey deyilldir».

 Xatırladaq ki, 01 aprel 2013- il tarixində Azərbaycan Prezidenti İlham Əliyev əcnəbilərllə bağlı sərəncam verib. Həmin sərəncama əsasən ölkəmizə daxil olan hər bir əcnəbi vətəndaş üç gün ərzində yaşadığı yer üzrə qeydiyyata düşməlidir. Əks halda, 300-400 manat arasında cərimə edilir. Soydaşlarımız isə bu sərəncamın onlara tətbiq edilməsini narazılıqlla qarşılayırlar. Çünki onların böyük əksəriyyəti 10-15 günlük qonaq gəlməklə yanaşı, qonaq gəldikləri evin sənədsiz olması səbəbiylə bu qanuna əməl edə bilmirlər.

Mia.az 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA