Bakıətrafı kəndlərdə içməli sudan sarılıq xəstəliyi yayılıb? - Açıqlamalar
16-01-2024 [10:37]
Bakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərlərə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var.
Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadırlar.
Xəstəxanadan Sputnik Azərbaycan-a bildiriblər ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var.
Xəstəxandan yoluxanların çoxunun "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri olduğu da bildirilib. O da bildirlib ki, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqlar da olub.
Sakinlər Sputnik Azərbaycan-a onu da bildiriblər ki, sarılıq xəstəliyinin Bakıətrafı kəndlərə verilən içməli sudan yayılma ehtimalı var.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrində aşkarlanan hepatit A virusu ilə bağlı müvafiq araşdırmalar aparılıb. Məktəblərdə və yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Hazırda bu istiqamətdə "Azərsu" ASC ilə birlikdə araşdırmalar davam edir. Suraxanı rayon icra hakimiyyətinə də, yerli bələdiyyə orqanlarına da müvafiq tapşırıqlar verib.
Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstələyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.
"Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üşün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb", - deyə bələdiyyə sədri bildirib.
Əmircan Qəsəbə Bələdiyyəsinin sədri Cəmilə Ağayeva isə ərazidə sarılığa yoluxma faktı, hansı tədbirlərin görüldüyü barədə məlumat verməkdən boyun qaçıraraq KİV-ə açıqlama vermədiyini bildirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.
Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq") virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur.
"Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi