Minadan zərərçəkənlər maarifləndirilir - Tərtərdə konfrans

img

16-06-2014 [13:28]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) həyata keçirdiyi "Minadan zərərçəkənlərin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində iki günlük konfrans keçirilib. 

Bu barədə Mia.az-a AMZA-nın sədri, layihənin rəhbəri Rey Kərimoğlu məlumat verib.

 Onun sözlərinə görə, layihənin əsas məqsədi minadan zərər çəkənlərin və onların ailə üzvlərinə dəstək olmaqdır. AMZA Tərtər şəhərində hüquqi maarifləndirmə konfrans təşkil etməklə bu insanların Azərbaycan cəmiyyətinə inteqrasiyasının gücləndirilməsinə də nail olmaq istəyir.

 Tərtər, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonundan olan mina qurbanları, Tərtər rayon icra hakimiyyətinin, bələdiyyə, təhsil, dini və digər icma rəhbərlərinin iştirak ilə keçirilən konfransda AMZA-nın təsisçiləri Umud Rəhimoğlu, Baxşyeiş Hətəmli və layihənin eksperti, Jurnalist Araşdırmaları Birliyinin sədri Seymur Verdizadə çıxış ediblər. Onlar mina qurbanlarının problemlərinin həlli yolunda hüquqi bilginin artırılmasının vacibliyindən danışıblar.

 Müharibə əlilləri, o cümlədən minadan zərərçəkənlərin hüquqi maarifləndirməsinə böyük ehtiyac olduğunu bildirən Tərtər rayonun yerli dövlət qurumlarının rəsmiləri, dini icma nümayəndələri, o cümlədən mina qurbanları layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 Aprel ayından başlayan və 4 aya davam edəcək layihə çərçivəsində hazırlanmış "Hüquqlarınızı bilirsinizmi?” adlı buklet də mina qurbanlarına paylanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA