Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı elan olunub

img

12-01-2024 [14:57]


Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Mia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar yanvarın 30-31-də keçiriləcək.

İki günü əhatə edəcək raundun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

30 yanvar (çərşənbə axşamı)

15:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq