“Trabzonspor” 5-ci qələbəsini qazanıb - Vinçenzo Montella oyunu tribunadan izləyib (FOTO)

img

12-01-2024 [00:31]


Türkiyə superliqasının 16-cı həftə üzrə təxirə salınan matçında "Trabzonspor" "Samsunspor"u məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası oyundan qalib ayrılıb - 2:1.

Bununla da “Trabzonspor” məğlubiyyətsizlik seriyasını 5 matça çatdırıb.

"Bordo-mavili"lərə qələbə qazandıran qolları 21-ci dəqiqədə Filip Benkoviç, 45-ci dəqiqədə isə Paul Onuaçu vurub.

"Samsunspor"un yeganə qoluna 90+5-d penaltidən Taylan Antalyalı imza atıb.

Bu qələbə ilə “Trabzonspor” 36 xalla 3-cü pilləyə yerləşib.

“Samsunspor” isə 18 xalla 17-ci pillədə qərarlaşıb.

Onu da qeyd edək ki, milli komandanın baş məşqçisi Vinçenzo Montella matçı stadiondan izləyib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR