"Beşiktaş" Aboubakarı göndərir

img

12-01-2024 [00:20]


"Fənərbağça" derbisindən sonra "Beşiktaş"ın heyətindən kənarlaşdırılan Vinsent Aboubakar yola salınır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Braziliyanın "Korintians" komandasına təklif olunub.

Braziliya mətbuatı yazır ki, "Korintians" futbolçu ilə bağlı təklifə cavab verməyib və bildirilib ki, qısa zamanda İstanbul klubuna fikirlərini deyəcəklər.

Məlumatda o da deyilir ki, kamerunlu futbolçu ilə Braziliyanın "Qremio" komandası da maraqlanır.

Xatırladaq ki, "Beşiktaş"la 2025-ci ilin iyun ayına qədər müqaviləsi olan təcrübəli hücumçu "ağ-qaralar"ın heyətində 105 matça çıxıb. O, bu matçlarda  58 qol vurub, 16 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR