"Sivasspor" Samu Saizlə müqaviləyə xitam verib: "Heç kim klubdan böyük deyil"

img

12-01-2024 [00:09]


"Sivasspor" Samu Saizlə müqaviləyə xitam verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ""Sivasspor"un mətbuat katibi Gökhan Karagöl açıqlama verib.

O bildirib ki, "Jirona"dan "Sivasspor"un heyətinə qatılan Saizin müqaviləsi mövsümün sonunda başa çatacaqdı, ancaq müqavilə indidən ləğv edilib: "Samu Saizin son həftələrdəki aqressiv oyunundan sonra ayrılmaq istəyinə razılıq verildi. Heç kim "Sivasspor"dan böyük deyil, o səbəbdən müqaviləsini ləğv etdik".

Klub sözçüsü bildirib ki, yaxın günlərdə yeni transferləri açıqlayacaqlar: "Proses davam edir. Gələn həftə 3 transferi açıqlamağı planlaşdırırıq. İnşallah, komandamızı daha da gücləndirəcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR