"Qalatasaray" "Sivasspor"la oyunda xal itirib - Kerem Aktürkoğlu meydandan qovulub

img

11-01-2024 [22:44]


Trendyol Super Liqasının 16-cı həftəsinin təxirə salınmış matçında "Qalatasaray" səfərdə "EMS Yapı Sivasspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "4 Eylül Stadionu"nda baş hakim Zorbay Küçükün idarə etdiyi qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"Qalatasaray"ın qoluna 45+1-ci dəqiqədə Kerem Demirbay imza atıb.

“Sivasspor”a bir xalı qazandıran qolu isə 86-cı dəqiqədə Koita penaltidən vurub.

Onu da qeyd edək ki, Kerem Aktürkoğlu 90+6-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bununla da "Qalatasaray" 48 xalla 50 xallı "Fənərbağça"nın dan sonra ikinci yerdə qərarlaşıb.

“Sivasspor” liqada heç-heçə ilə xalını 25-ə yüksəldib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR