Mahmud Abbas Blinkenə xəbərdarlıq etdi: "Heç bir fələstinlinin məcburi köçürülməsinə imkan verməyəcəyik"
11-01-2024 [00:07]
"Biz heç bir fələstinlinin məcburi köçkün olmasına imkan verməyəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Antoni Blinkenlə Ramallahdakı prezidentlik binasında görüşdə deyib.
Məlumata görə, görüşdə Qəzza zolağında hücumların dayandırılması, humanitar yardımların bölgəyə girişinin sürətləndirilməsi və İordan çayının qərb sahilindəki gərginliklər müzakirə olunub.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Mahmud Abbas blokada altındakı Qəzza zolağından və ya işğal olunmuş İordan çayının qərb sahilindən istənilən fələstinlini zorla köçürmək cəhdlərini qəbuledilməz sayıb: "Biz qəti şəkildə Qəzza zolağında və ya İordan çayının qərb sahilində heç bir Fələstin vətəndaşının məcburi köçkün olmasına imkan verməyəcəyik".
Abbas vurğulayıb ki, Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir və işğalçı İsrail hakimiyyətinin onu ayırmaq və ya hər hansı bir hissəsini bölmək planlarını qəbul etmək mümkün deyil.
Məlumata görə, Mahmud Abbas Blinkenlə görüşündə İsrailin Fələstin hökumətinə çatacaq vergini verməməsini də müzakirə edib. O, Fələstinə çatacaq vəsaitlərin dərhal ödənilməsini tələb edib: "ABŞ bu məsələdə də İsrailə sözünü deməlidir...".
Xatırladaq ki, İsrail Fələstinin "Fələstin administrasiyası adından" idxal etdiyi mallara görə gömrük rüsumları toplayır və hər ay orta hesabla 190 milyon dolları Mahmud Abbas hökumətinə ödəyir: "Bu vergilər Fələstin iqtisadiyyatına əhəmiyyətli "dirilik" gətirir. Lakin İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç 7 oktyabrda Qəzzaya hücumlardan sonra vergi gəlirlərini Fələstin administrasiyasına köçürməkdən imtina edib. Bu səbəbindən Fələstin Administrasiyası son iki ayda dövlət qulluqçularının maaşlarının ödənilməsini gecikdirib. Hətta bu problemə görə yerli banklardan borc götürüb".
Tahir ŞƏLVƏLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi