15-06-2014 [13:51]
Ötən il aprel ayının 19-da işdən çıxarılan təhsil naziri Misir Mərdanov da görəvdən ayrıldıqdan sonra ciddi biznesə girib. Daha doğrusu, hələ nazir olarkən qurduğu biznesini böyütməyə və daha da inkişaf etdirməyə başlayıb. Nazir postundan uzaqlaşdırılandan sonra M.Mərdanov həvəslə biznesinin başına keçib və obyektlərin yenidən qurulmasına, modernləşdirilməsinə pul xərcləməyə başlayıb.
İşdən çıxarılandan sonra Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna direktor təyinatı, nazirlikdə yoxlamaların aparılmaması, fəaliyyətinin təftiş edilməməsi artıq şübhə yeri qoymur ki, Misir Mərdanova bundan sonra rahat yaşamaq üçün təminat verilib. Hazırda keçmiş nazirin nəzarətindəki obyektlər arasında işi ən "xod” gedən xalası oğlu Allahverdi Dəmirovun idarə etdiyi Balaxanıdakı Asfalt Zavodudur. Bundan başqa, Mərdanova aid olduğu bildirilən Novxanıdakı "Olimpik-hotel” sabiq nazir "vurulduqdan” sonra ciddi şəkildə təmir olunub, hotelin saytından tutmuş müştəri kontingentinə qədər hər şey ciddi şəkildə dəyişdirilib.
Sonuncu prezident seçkilərindən sonra "vurulan” keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes şəbəkəsi ilə bağlı isə son vaxtlar ürəkaçan xəbərlər gəlmir. Onun bəzi biznes obyektlərini bağladığı barədə iddialar var. Bir həftə əvvəl isə məlumat yayıldı ki, Ələkbərov İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb. Bildirildi ki, keçmiş nazir vəzifədən getdikdən sonra İvanovkadakı evinə bir dəfə də olsa, gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da, bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.
Keçmiş nazir satışa çıxardığı imarətgahı qardaşı Nizami Ələkbərovun İsmayıllıda icra başçısı işlədiyi dönəmdə tikdiribmiş. Bu məlumatın özü də göstərir ki, keçmiş nazirin Azərbaycandakı mülkləri və biznes obyektləri üzərində təhlükə buludlarının dolaşması barədə məlumatlar təsadüfi deyil.
Xatırladaq ki, 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə "İmprotex” şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox "İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Hazırda "İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin – "İmair”in yaradılması da məhz "İmprotex”in adıyla bağlıdır. Hazırda "İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin "İmproteks Motors”, "İmproteks Treydinq” şirkətləri təsis olunub. Daha bir şirkət – "İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var.
Bu xidməti "İmprotex Marine & Sporta Facilities” şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası - "Yamaha”nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir.
Mənbənin sözlərinə görə, Ələkbərovlar avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən "İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. "İmprotex” Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır.
Amma gözlənilir ki, tədricən Ələkbərov bu cür geniş spektrli biznesinin əhəmiyyətli hissəsini itirəcək.
Başqa bir sabiq nazir – eks müdafiə naziri Səfər Əbiyevin də biznesi yox edilmək üzrədir. Yarım ay öncə məlumat yayıldı ki, keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Bir sözlə, qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir. Bu məlumatların təsdiqi kimi "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilirdi ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib. Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə "Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin "AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib.
Göründüyü kimi, ötən il "vurulan” üç nazir arasında biznes sarıdan işləri ən yaxşı gedən Misir Mərdanovdur. Füzuli Ələkbərov və Səfər Əbiyevin biznesi qaranlıq günlər yaşadığı halda, sabiq təhsil nazirinin gəlir qaynaqları güclənib(unikal).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi