Vüqar Rəhimzadə: "ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır"
10-01-2024 [16:13]
"ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabat və Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfindən ölkəmizin heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil edilməsi siyasi manipulyasiyadan başqa bir şey deyildir. Hesabat tərəddüdsüz Azərbaycana münasibətdə ikili standartların növbəti nümunəsidir. Tolerant, sivilizasiyalararası dialoq mərkəzi, müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən körpü rolunu oynayan Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Reallıq budur ki, ölkəmizdə tolerantlıq gerçəklikdir, multikulturalizm yaşayış tərzimizə çevrilib. ABŞ Dövlət Departamenti hər il dünyada insan hüquqlarına, dini azadlığa dair hesabatlar açıqlamaqla bir daha ədalət prinsipini hansı səviyyədə qoruduğuna aydınlıq gətirir. Bu hesabatların hansı prinsiplərə söykənərək hazırlandığı artıq məlumdur. Ölkəmizdə müxtəlif millətlərin, xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. Ölkəmizdə yaşayan bütün vətəndaşlar milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər".
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Avrasiya məkanında yeganə monodövlət Ermənistandır. Zaman-zaman başqa xalqları bu ölkənin ərazisindən müxtəlif yollarla çıxarıblar, kimini öldürüblər, kimini hədələyiblər, kiminin evini yandırıblar. Bütün digər millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar.
Cənab İlham Əliyevin bu fikirləri hazırladıqları hesabatları ilə qərəzli mövqelərini ortaya qoyan ermənipərəst dairələrə tutarlı cavabdır. Azərbaycanın belə qərəzli yanaşmalarla üz-üzə qalması təbii ki, ilk dəfə deyil. ABŞ Dövlət Departamentinin, həmçinin “Freedom House”, “Amnesty İnternational” kimi qeyri-hökumət təşkilatları mütəmadi olaraq ölkəmizə qarşı qərəzli mövqeləri ilə gündəmdə olublar. Demək, sonda sözü ikili standartlardan irəli gələn siyasətin təzahürləri olan qərəz, reallıqların inkarı deyil, ədalət, beynəlxalq hüquq deyir.
Baş redaktor onu da əlavə edib ki, Azərbaycan zaman-zaman demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq edib. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə İnsan Hüquqları Gününün təsis edilməsi, bu sahədə qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsi, fəaliyyət proqramlarının qəbulu və uğurlu icrası, ən əsası Milli Konstitusiyamızda əksini tapan müddəaların üçdə iki hissəsinin insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə həsr edilməsi, Ali Qanunumuza bu günədək üç dəfə əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi və sair kimi biri-birindən mühüm addımlar ABŞ Dövlət Departamentinin hesabatlarının nə qədər qərəzli, əsassız olduğunu nümayiş etdirir. Ümumilikdə Azərbaycan dövlətinin siyasətində insan amili əsasdır.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan 2001-ci ildə demokratik prinsiplərin bilavasitə inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini əməli işdə təsdiqlədiyini bir daha nümayiş etdirib. Ən yüksək tribunalardan bu mühüm məqam bəyan edilir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu baxımdan ABŞ Dövlət Departamentinin hər il dünyada insan huquqlarına dair vəziyyətin öyrənilməsi və təqdimatı adı altında apardığı ikili siyasəti ortaya qoyması ölkəmiz üçün heç bir mahiyyət kəsb etmir. Belə yanaşmalar Azərbaycanın tutduğu demokratiya yoluna kölgə salmaq imkanında deyil. Ədalətə, beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər, təşkilatlar bu reallıqlarımızı yüksək dəyərləndirir, Azərbaycanın uğurlarını həzm etməkdə çətinlik çəkən dövlətlər isə buna kölgə salmaq üçün ən çirkin yollara əl atırlar.
Baş redaktor vurğulayıb ki, hesabatda diqqəti çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlığın ifadə olunmasıdır. Azərbaycanın tolerant ölkə olması bu narahatlıqların nə qədər əsassız, ən əsası nə qədər məqsədli olduğuna işıq salır. Belə bir narahatlığı ifadə edənlər ermənilərin 30 illik işğal dövründə tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə İslam dünyasına hörmətsizlik etmələrinə niyə göz yumurdular? Onda bu narahatlıqlar niyə dilə gətirilmirdi? Azərbaycan bununla bağlı ən yüksək tribunalardan çağırışlar etdi. Amma əksər dünya gücləri, beynəlxalq təşkilatlar susmaqla açıq-aşkar Ermənistana dəstək olduqlarını nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin, vandalizminin təzahürlərinin şahidi oldular.
Vüqar Rəhimzadə bildirib ki, hər bir hesabat onun təqdimatında maraqlı olan dairələrin ölkəmizə qarşı hansı mövqedə olduqlarına aydınlıq gətirir. 30 illik işğal dövründə artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistana dəstəklərinin hansı problemlərə yol açdığı göz qabağındadır. Bu dəstək səmimiyyətdən deyil, işğalçı ilə təcavüzkarı müdafiə edənləri eyni dəyərlərin birləşdirməsindən irəli gəlir. Başqa dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsini keçən adları çəkilən dövlətlər yaxşı olar ki, özlərinin yürütdükləri siyasətə diqqət yetirib, öz davranışlarında müasir dünyanın çağırışlarına uyğun dəyişikliklər etsinlər, ədaləti, beynəlxalq hüququ çirkin niyyətlərinə, maraqlarına qurban verməsinlər. Qərəzli hesabatın Azərbaycana aid hissəsinin Livan ermənisi Daniella Aşbaxyan tərəfindən hazırlanması “tələsik” hazırlanan “sənəd”in mahiyyətinə işıq salır. O, Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. Artıq bu faktlar özü bütün məqamlara aydınlıq gətirir. Bu faktı da qeyd edək ki, ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır. “Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmağa” adətkar olan bu dövlətlər digər ölkələrdə insan hüquqlarının qorunması məsələsinə lupa ilə baxmaqdansa, siyasətlərinə bir daha nəzər salsalar həyəcan təbilinin çalındığı ölkə olduqlarının şahidinə çevrilərlər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi