Ziya Məmmədov "Bakıelektrikşəbəkə”yə cəza kəsdi

img

15-06-2014 [11:54]



Nəqliyyat Nazirliyi (NN) "Bakıelektrikşəbəkə” ASC-yə inzibati qaydada tənbeh tətbiq edib.

Nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.

Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.

İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN "Bakıelektrikşəbəkə”ni maksumum məbləğdə cərimələyib.

"Bakıelektrikşəbəkə” ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA