İstanbul derbisi: "Başakşehir" rəqibini məğlub edib

img

10-01-2024 [00:05]


Trendyol Super Liqasının 16-cı həftə təxirə salınan daha oyununda "RAMS Başakşehir" səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul derbisində "Başakşehir" rəqibinin qapısından 3 cavabsız top keçirib - 0:3.

Rəcəb Tayyib Ərdoğan stadionunda baş hakim Burak Pakkanın idarə etdiyi qarşılaşmada "RAMS Başakşehir"in qollarını 24-cü dəqiqədə Serdar Gürler, 54-cü dəqiqədə Filip Keni və 68-ci dəqiqədə Cerom Opoku vurublar.

Bununla da "RAMS Başakşehir" bu qələbə ilə liqadakı qələbə sayını 6-ya, xallarını isə 23-ə yüksəldib.

"Kasımpaşa" isə 26 xalla 9-cu pillədə qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR