Partiya sədri Agentlik rəhbərini yalançılqda ittiham elədi: "Mustafa Abbasbəyli ən azından desəydi ki..."
09-01-2024 [17:18]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün keçirdiyi mətbuat konfransında ötən il Azərbaycanda rekord sayda insan işlə təmin olunduğunu bildirib.
Mia.az xəbər verir ki, onun sözlərinə görə, 2021-ci ildə 77 min 640 nəfər, 2022-ci ildə isə 39 min 248 nəfər işlə təmin olunub. 2023-cü ildə isə bu göstərici 118 min 398 olub.
Mustafa Abbasbəylinin bu açıqlaması, yəni, cəmi 1 il ərzində 118 mindən çox insanın işlə təmin olunması sosial şəbəkələrdə vətəndaşlar tərəfindən gülüşlə qarşılanıb və onlar bu statistikaya inanmadıqlarını qeyd ediblər.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, sosial şəbəkələr xalqın reaksiyasının göstəricisidir: “Vətəndaşlar öz reaksiyalarını sosial şəbəkələrdə bildirirlər. 118 min iş yerini 1 ilə, yəni 365-ə bölsək, bu, günə 300-dən çox iş yerinin açılması deməkdir. Əlbəttə ki, bu, gülməli səslənir.
Maraqlıdır ki, bunu necə hesablayıblar? Ola bilsin ki, kimsə özünə VÖEN açıb, onu da işçi kimi qəbul ediblər.
Ümumi statistikaya nəzər salsaq, Dövlət Məşğulluq Agentliyinin açıldığını iddia etdiyi iş yerlərinin sayına baxsaq və son 5 ildə dövlətin işsizliklə bağlı açıqladığı rəqəmlərlə müqayisə etsək görərik ki, heç uyğun gəlmir.
Təbii ki, 1 ildə 118 min iş yerinin açılması inandırıcı deyil. Bunlar sadəcə ümumi sözlərdir. Bütün dövlət qurumları deyir ki, hər şey yüksəlişdədir. Cəmiyyət isə enişdədir. Yaşayış səviyyəsi aşağıdır. Boşanmaların sayı durmadan artır. Boşanmaların səbəbi kimi işsizlik və yoxsulluq göstərilir. Bu da maksimumdadır.
Demək olar ki, vətəndaşlar artıq heç bir statistikaya inanmırlar, çünki bunları öz həyatlarında görmürlər. Əvəzində bahalaşmanı, işsizliyi öz həyatlarında görürlər. İnsanların gündəlik həyatlarında görmədikləri şeyləri onlara varmış kimi göstərəndə təbii ki, onların da reaksiyası gülüş və lağlağı olar.
Mən özüm də buna inanmıram. Mustafa Abbasbəyli ən azından desəydi ki, 118 min iş yeri harada açılıb, kim açıb və hansı sahələri əhatə edir, orada maaşlar nə qədərdir, daha yaxşı olardı”, - deyə partiya sədri qeyd edib.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR