Partiya sədri: "Deputat olarkən hökumət üzvlərinin sifarişi ilə yazdığı kitablarda İlham Əliyevi öyüb göylərə qaldıran, Ssonra isə..."
09-01-2024 [10:54]
"Şəxsən və BAXCP olaraq əvvəlki seçkiləri uduzmuşuq, amma siyasi partiya olaraq ölkənin ictimai-siyasi həyatında yerimizi qoruyub saxlamışıq. Digər sağlam siyasi qüvvələrlə birlikdə şərbaz, tərbiyəsiz, qisas almaq üçün hakimiyyətə can atan mənsəbpərəst, ikiüzlü, hazırlıqsız, xarici ermənipərəst dairələrin əlində alət olan şəxslərin hakimiyyətə gəlişinin qarşısını almışıq, bu işə töhfə vermişik. Təsəllimiz budur. Bunun özü belə siyasi baxımdan çox da hazırlıqlı olmayan cəmiyyətdə böyük uğurdur".
Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bundan öncə də seçkilərdə İlham Əliyevə uduzmasına rəğmən, yenidən seçkilə qatılmasıın səbəbləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, əvvəlki seçkilərin nəticələrinin təhlili göstərir ki, insanlar əsasən ya iqtidarın namizədinə, ya da onu ağır ittiham edənlərə səs verir:
“Kim hansı platforma ilə çıxış edir, hansı müddətə nələri edəcək, vəziyyəti yaxşıya doğru necə dəyişəcək kimi məsələlərə əhəmiyyət verən çox azdır. Məsələn, deputat olarkən hökumət üzvlərinin sifarişi ilə yazdığı kitablarda İlham Əliyevi öyüb göylərə qaldıran, deputat mandatına görə Əli Kərimlinin müavinliyindən və üzvü olduğu partiyadan imtina edən, AXC hakimiyyətə gələndən sonra AMİP-dən imtina edib yenidən geriyə, vaxtilə AMİP-in xeyrinə imtina etdiyi AXC-yə qayıtmış Cəmil Həsənli yenidən deputat seçilməyəndən sonra iqtidarın onu “atdığını” düşünərək qisas hissi ilə Əli Kərimlinin yanına qayıdır və onun namizədi kimi prezident seçkilərinə qatılır, heç bir ağıllı təklifi ilə özünə diqqət cəlb edə bilməsə də, məhz iqtidarın namizədini ağır ittiham, bəzən təhqir etdiyinə görə ikinci nəticə göstərir. Növbəti kitablarında bu barədə də yazsa, yaxşı olar. Budur bizim acı reallıq.
Bu reallıq insanlarımızın bir-birinə acıqlı, mövqe fərqliliyinə görə digərini əzməyə, alçaltmağa meyilli olmasından, uduzmağa hazır olmamalarından qaynaqlanır. Amma böyük qələbələr üçün maksimalist olmamalı, uduzmağı, məğlubiyyətlə, reallıqlarla barışmağı öyrənməlisən. Əsl demokrat olmağın, hədəflər uğrunda mübarizə aparmağın yolu budur. Biz, hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik. Hədəfimiz ədalətli cəmiyyətdir, hüquq dövlətidir, demokratiyadır. Bu dəyərlər cəmilkimilər üçün hakimiyyətə çatmaq vasitəsidir, hədəf isə hakimiyyətdir. Biz dəyərlərimizi təbliğ edirik, təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Fərqindəyik ki, xalqı demokratik dəyişikliklərə hazırlamadan ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna yalnız ziyan vura bilər. Misir, Əfqanıstan, İraq buna bariz nümunədir. Xalqımız hədəflərimizə çatmaq üçün böyük bir inkişaf yolu keçməlidir. Elan etdiyimiz hədəflərə doğru yürüyərkən seçki uğursuzluqları bizi ruhdan salmamalıdır və salmayıb. Elçibəy demişkən “bəzi məsələlərin həllinin zamana ehtiyacı var”. Zamanla bizim müdafiə etdiyimiz dəyərləri, “böyük dəyişikliklər” adlı seçki platformamızın prinsip və istiqamətlərini daha çox insan dəstəkləyəcək”.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR