Əziz Yıldırım: ""Fənərbağça"nın hazırda prezident problemi yoxdur"

img

09-01-2024 [09:05]


"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım yenidən klub prezident seçkilərinə qatılacağı barədə iddiaları yalanlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, haqqında deyilənləri təkzib edib: ""Fənərbağça"da guya prezident seçkilərinə müdaxilə etmək niyyyətində olduğum və bəziləri görüşdüyüm haqqında deyilənlərin hamısı yalandır".

O bildirib ki, hazırda "Fənərbağça"nın başqan problemi yoxdur: "Əksinə klubunn ehtiyacı olan sakitlik, inkişaf var. Ona görə haqqımda yayılan bu cür yalan xəbərlərə inanmamağınızı xahiş edirəm".

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR