İsrailin müdafiə naziri rəsmi Beyrutu savaşla hədələyib: "Onlar Qəzzadan ibrət almalıdır" - "İran ətrafımızda çəmbər yaradıb"
09-01-2024 [00:12]
İsrailin müdafiə naziri Yoav Gallant Livanı müharibə ilə hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “The Wall Street Journal”a (WSJ) müsahibəsində danışıb.
Nazir İsrailin hücumlarını davam etdirdiyi blokada altındakı Qəzza zolağındakı vəziyyəti xatırladıb və rəsmi Beyrutun bundan ibrət almalı olduğunu bəyan edib: "Livan rəhbərliyi paytaxt Beyrutda da bənzər dağıntılar istəmirsə, Hizbullahı sərhəddən yığışdırmalıdır. Rəsmi Beyrut bilməlidir ki, İsrailin şimal sərhəddi mühüm məsələdir, lakin "Hizbullah"la müharibə etmək prioritet deyil. Ancaq ölkənin şimalında didərgin düşən vətəndaşlarımız təhlükısiz şəkildə geri qayıtmalı və yaşamalıdır. Biz buna nail olmaq üçün hərbi əməliyyatlardan çəkinməyəcəyik. Bəli, biz qurban verməyə hazırıq. Onlar - Hizbullah və Livan rəhbərliyi də buna hazırdırmı? Hesab edirəm, onlar Qəzzada nə baş verdiyini görürlər. Onlar bilirlər ki, biz Qəzzada baş verənləri olduğu kimi kopyalayıb, Beyruta tətbiq edə bilərik...".
Nazirin sözlərinə görə, İstrail hazırda tək bir düşmənə savaşmır. O, İranın İsrail ətrafında çəmbər yaratdığını iddia edib: "Mənim əsas fikrim budur ki, biz tək bir düşmənlə deyil, bir oxla mübarizə aparırıq. İran hazırkı vəziyyətdən sui-istifadə edərək, İsrail ətrafında hərbi güc qurur”.
Gallant əlavə eidb ki, İsrail Qəzzada genişmiqyaslı müharibədən sonra da oradan çıxmaq niyyətində deyil: "Biz Qəzzada hələ xeyli müddət müxtəlif çaplı xüsusi əməliyyatlar keçirəcəyik. Hesab edirəm, növbəti mərhələ daha uzun sürəcək. Artıq biz Qəzza zolağının şimalında növbəti mərhələyə yaxınlaşmışıq. İsrail qüvvələri orada böyük ölçüdə nəzarət yarad bilib...".
Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana yaşanan toqquşmalarda 28 livanlı mülki vətəndaş, 154 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi