Azərbaycan Yüksəliş Forumu keçirilib
08-01-2024 [15:42]
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib.
Mia.az xəbər verir ki, "Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.
Forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldənə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, bu sahələr arasında hüquqi tənzimləmələrin aparılması, hüquq sahəsində elektron sistemlərin tətbiqi, sahibkarlıq və kənd təsərrüfatı sahəsində subsidiyalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunması, sosial sahədə inkişaf perspektivləri, "sosial lift" proyektlərinin önəmli rolu mövzularına toxunulub. Bu mövzular ətrafında müasir tələblərə cavab verən rəqabətli insan kapitalına ölkənin bütün sahələrində olan ehtiyacın vacibliyi vurğulanıb.
Bundan əlavə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Vətən müharibəsinin iştirakçısı Fərrux Məhərrəmli dövlət tərəfindən müharibə iştirakçılarına yaradılan imkanlardan, insan amilinə ölkəmizdə qoyulan yüksək dəyərdən, məqsədlərinə və hədəflərinə nail olan Azərbaycan xalqının nümayəndələri olaraq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra daha böyük uğurlara imza atacağımıza olan inamından bəhs edib.
“Yüksəliş” müsabiqəsi iştirakçıları Forumun sonunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər. Bəyanatda bildirilib ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunması uğurla davam etdirilib və Azərbaycan ötən illər ərzində tarixi nailiyyətlərə imza atıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib. Cənab Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, odur ki, təhsilə qoyulan vəsait ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Bu gün də Azərbaycanın əsas gücü onun intellektual potensiala, zamanın tələbinə uyğun müasir bacarıqlara və yüksək vətənpərvərliyə malik olan vətəndaşlarıdır. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər önəmli yer tutur. Bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət kimi keyfiyyətlərə malik vətəndaşların seçilməsi və dəstəklənməsi məqsədilə cənab Prezident İlham Əliyevin Sərəncamlarına əsasən 2019-cu ildən etibarən keçirilən ilk "sosial lift" yarışı - “Yüksəliş” müsabiqəsi bu siyasətin bariz nümunələrindən biridir.
“Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını, bu məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hazır olduqlarını bildiriblər. Onlar qalib ölkənin qalib vətəndaşları olaraq regionda yeni reallıqlar yaratmış liderimiz - müstəqil, qüdrətli, firavan Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi