İnam Kərimov MSK-da: "Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə..."
08-01-2024 [11:55]
"Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır".
Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə deyib(Report).
Onun sözlərinə görə, bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkədə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir:
"Seçki Məcəlləsində həm də seçki qanunvericiliyinin güman olunan pozulması hallarında məhkəmələrə müraciət edilməsi ilə bağlı çoxsaylı hüquqi imkanlar öz əksini tapıb. Məcəllə ilk öncə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə - seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir".
İ.Kərimov qeyd edib ki, şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur - inzibati şikayət və məhkəməyə şikayət verilməsi:
"Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər".
Ali Məhkəmənin sədri vurğulayıb ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır: "Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun qurmaları gözlənilir. Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin edilməlidir".
İ.Kərimov həmçinin bildirib ki, seçki komissiyaları tərəfindən prosedurların inzibati icraat qaydalarına uyğun aparılması nəticə etibarilə məhkəmələrə olunan müraciətlərin də azalmasına səbəb olur: "Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi