"Beşiktaş" məşhur məşqçi ilə anlaşdı - Santosa 5 yeni köməkçi də təyin edilib

img

08-01-2024 [00:07]


Portuqaliyalı Fernando Santos "Beşiktaş"ın baş məşqçisi təyin olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, 69 yaşlı məşhur məşqçi ilə razılığa gəliniib: "Portuqaliyalı cənab Fernando Santos baş məşqçi təyin olunub. Ona yeni evinə "xoş gəldin" deyirik".

Məlumatda o da deyilir ki, Fernando Santosun köməkçiləri də müəyyən olunub: "Joao Carlos Viana Cunha Costa, Paulo Jose Ramos Mendes, Justino Fernando, Ricardo Miguel Candido de Sousa Santos və Jorge Manuel Caetano do Rosario onun köməkçiləri təyin olunublar".

Xatırladaq ki, futbol karyerasına "Benfika"da başlayan Fernando Santos "Estoril"də peşəkarlaşıb və karyerası boyunca 216 matça çıxıb.

Elektronika və rabitə mühəndisliyi təhsili alan Santos müxtəlif dövrlərdə Portuqaliyanın üç ən böyük komandası olan "Porto", "Benfika" və "Sporting Lissabon"da Baş məşqçi olub.

Bundan əlavə, Yunanıstanda AEK, PAOK və “Panatinaikos”u çalışdıran Fernando Santos daha sonra Yunanıstan, Portuqaliya və Polşa millilərinin sükanı arxasına keçib.

Təcrübəli çalışdırıcı xüsusilə Portuqaliya millisi ilə qazandığı uğurlarla diqqət çəkib. Santosun rəhbərliyi altında Portuqaliya 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq