Anar onu istefaya səsləyən şair belə mesaj verdi: "Yenə üzr istəyib geri dönərsən..."
07-01-2024 [18:12]
Azərbaycan Yazıçılar Birliyinin ( AYB) İdarə Heyətinin üzvü, şair Elşad Barat təşkilatın fəaliyyəti ilə bağlı narazılığını bildirərək, onun bağlanmasını təklif edib.
Mia.az-ın məlumatına görə, şair Lent.az-a verdiyi açıqlamada bildirib ki, AYB ləğv edilməlidir:
“Azərbaycan ədəbi mühitində bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər nizamsızlıq varsa, deməli, bu sahənin bir ciddi quruma ehtiyacı var. Məncə, Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı qurum yaradılmalıdır. Elə bir təşkilat ki, öz işinin öhdəsindən gələ bilsin. Düşünürəm ki, problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, birliyin öz köhnə xəttindədir. Yəni birliyin indiki halı, idarəçilik prinsipləri saxlanılmaqla rəhbərliyə kimlər gəlsə yenə də belə olacaq, yenə də yüzlərlə qələm adamı narazı qalacaq, yenə də rəhbər şəxslər dövlətin yazıçılara ayırdığı evləri sürücülərinə verəcəklər, yazıçılara olan dövlət qayğısını katibələrinə ayıracaqlar.
Bu gün Yazıçılar Birliyinin 3000 nəfərə yaxın üzvü var, onlardan 52 nəfəri İdarə Heyətinin üzvüdür, mən də bu 52 nəfərin biri olaraq düşünürəm ki, bu birlik ləğv edilməlidir. Yeni yaradılacaq təşkilatda müəyyən senzura olmalı, istedadlı qələm adamlarını bir araya toplayıb dövlət üçün, vətən üçün, ədəbiyyat üçün ciddi işlər görmək olar. İndiki sistem yazıçıları kütləvi şəkildə dövlətə qarşı üsyan həddinə gətirir. Birlik 30 ildir edə biləcəyini edib, biz bulağı şəlalə ola bilmədiyinə görə qınaya bilmərik. Bulaq suyunun dağdan atılıb intihar edə biləcək cəsarəti olmalıdır ki, şəlalə ola bilsin. Sadəcə, yeni birlik yaradılmalıdır, yəni yeni bulaq elə yerə çəkilməlidir ki, şəlalə ola bilsin”.
AYB-nin sədri Xalq yazıçısı Anardan bu məsələyə münasibətini öyrənmək istədik. Anar bildirdi ki, Elşad Barat birliyin 2000 üzvünün adından danışa bilməz.
“Sizcə bu təklif maraqlı fikirdir? O yalnız öz adından danışa bilər, 2000 nəfərin adından fikir deyə bilməz. Elşad Baratın xoşu gəlmir, ərizəsini yazsın, İdarə Heyətindən çıxıb getsin. Niyə getmir? Bir dəfə getdi. Üzr istədi, geri qayıtdı, gedər yenə üzr istəyib qayıdar”,- deyə o, bildirib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi