"Onun profili yüksək deyil..." - Nazir Muxtar Babayev dünya mediasının müzakirəsində
07-01-2024 [09:48]
Azərbaycanın ekologiya naziri Muxtar Babayev ölkədə keçiriləcək Cop29 danışıqlarının prezidenti elan olunub.
Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan bir nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək.
Cənab Babayev 26 il SOCAR-da - Azərbaycanın dövlət neft şirkətində işləyib, 2018-ci ətraf mühit naziri təyin olunub.
Cənab Babayevin iqlim dəyişikliyi diplomatları arasında profili yüksək deyil - o, tanınan fiqur deyil, BBC-nin ətraf mühit müxbiri Matt McGrath yazır və əlavə edir: "Azərbaycan hökumətinin prezidentlik dövrü üçün prioritetləri barədə çox az məlumat var".
Ancaq tərcübəli mütəxəssislərə görə, Cop29 aşağı profilli tədbir olacaq və əsas diqqət yeni və uzunmüddətli maliyyə əldə etmək üzərinə olacaq.
"Cop29 çox stresli olmayacaq, amma maliyyə əldə edə bilməlidir, əks halda, ambisiyada dəyişiklik görməyəcəyik", keçmiş vasitəçi Kaveh Guilanpour deyir.
"Diplomatik iş olaraq, maliyyə əldə etmək çətin olacaq, amma prezidentliyin özü asan olacaq, çünki mürəkkəb deyil" , o BBC News-a deyib.
Ancaq BBC müxbiri Matt McGrath deyir ki, ətraf mühit kampaniyaçıları Muxtar Babayevin seçilməsinə qəzəblidirlər, çünki neft sənayesinin ətraf mühit danışıqlarında artan rolundan narahatdırlar.
Birləşmiş Ərəb Əmirliklərindən keçmiş Cop28 prezidenti Sultan əl-Caber də neft sənayesindən gəlmiş tərcübəli mütəxəssis idi. O Cop28-i idarə edərkən, həm də Əbu-Dabi milli neft şirkətinin rəhbəri olaraq işinə davam etmişdi.
Ancaq vəzifəsilə bağlı narahatlıqlara baxmayaraq, o iştirakçı ölkələrlə "enerji sistemlərində fosil yanacağından uzaqlaşmaq" barədə razılaşma əldə edə bilib.
Guardian qəzeti yazır ki, Babayevin iqlim dəyişikliyilə bağlı vasitəçi kimi təyinatı Azərbaycanın iqlimə zərər vuran neftdən asılı olması səbəbindən narazılıq yaradıb.
"Ancaq Babayevin ətraf mühitin mühafizəsində təcrübəsi var - o 3 il Socar-ın ekologiya üzrə vitse-prezidenti olub, o müddət ərzində Azərbaycanın zəhərlənmiş torpaqlarını canlandırmaq səylərinə rəhbərlik edib", - deyə "Guardian" yazır.
Qəzet ABŞ diplomatlarına istinadla qeyd edir ki, görüşlərin birində Muxtar Babayev missiyasının "azərbaycanlıların ətraf mühitlə bağlı məsuliyyətlərinə dair mentalitetlərini dəyişmək" olduğunu söyləyib.
"Cənab Babayevin neft sənayesindəki rolu Əl Caberinkindən qat-qat təvazökar idi və əsasən, iqlim təmayüllü idi. O bu yaxınlara qədər şirkətin ekologiya üzrə vitse-prezidenti olub və rolu Socar-ın ətraf mühitə təsirlərini azaltmaq olub", New York Times qəzeti yazır.
Azərbaycan beynəlxalq profilini 2012-ci ildə Avroviziya müsahibəsi, 2015-ci ildə Bakı Avropa Oyunları keçirərək yüksəldib və indi də Cop29 keçirməyə hazırlaşır, BBC müxbiri yazır.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR