Rektor YAP-ın təşkilat sədrini işdən çıxardı, elmlər doktoru məhkəməyə verdi - ÖZƏL

img

14-06-2014 [14:10]



Yeni rektor Ədalət Muradov tərəfindən Dövlət İqtisad Universitetində İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsindən azad edilən hakim Yeni Azərbaycan Partiyasının universitet təşkilatının sədri Zəfər Bayramova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi iyun ayının 24-də davam etdiriləcək.

 

Bu barədə Mia.az-a daxil olan məlumata görə, YAP-çı sədrin məhkəməyə verilməsinə səbəb mərhum prezident Heydər Əliyevin vaxtı ilə universitetin yubileyində etdiyi çıxışı təhrif edilməsi olub. Bu və ya digər məsələlər ətrafında YAP-ın universitet üzrə təşkilatının sədri Zəfər Bayramovun mətbuatda verdiyi açıqlamalar isə elə həmin universitetin rektorunun sabiq müşaviri, iqtisad elmlər doktoru Bədirxan Musayevin kəskin narazılığına səbəb olub. İş Yasamal rayon Məhkəməsində araşdırılsa da, həmin məhkəmənin hakimi iddianı geri qaytarıb. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov Qasamal məhkəməsinin qərarından verilmiş şikayət ərizəsində yer alan ifadələrlə bağlı ekspertiza təyin edib. May ayının sonunda ekspertizadaan gələn rəy isə Zəfər Bayramovun əleyhinə olub.

 

Mia.az-a daxil olan məlumata görə, YAP-çı sədrə qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırılıb: «Hakim Mirpaşa Hüseynov iş üzrə iyunun 11-nə təyin etdiyi  iclası tərəflərdən birinin məhkəmədə iştirak etməməsi səbəbindən təxirə salmalı ollub. O, şikayətə iyunun 24-də baxacaq»

 

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA