14-06-2014 [14:09]
Bu günlərdə sosial şəbəkələrdə yayılan çimərlik geyimləri ilə böyük-səs küy doğuran müğənni Afaq Aslan deyir ki, bu addımı ilə gündəm yaradıb.
İfaçı teleqraf.com saytına müsahibsəində daha cəsarətli şəkillər çəkdirəcəyini deyib.
- Afaq, çimərlik şəkillərinizdən sonra daha cəsarətli fotolarınız olacaq?
- Hələ bu harasıdır?! (Gülür) Mən hər zaman demişəm ki, açıq-saçıq geyinərəm, hətta şəkillər də çəkdirərəm. Amma ifrata varmamaq şərti ilə. İndi dəqiq nəsə deyə bilmirəm, həyatdır, hər şey ola bilər. Onu da deyim ki, yeni klipim gəlir. Yeni layihədir. Yaxın müddətdə təqdim edəcəyik. Azərbaycanda hələ indiyədək belə süjet xətti olan klip çəkilməyib. Klipimdə açıq-saçıq səhnələr çox olacaq.
- Hər zaman deyirsiniz ki, həyatınızda olan adam sizin yaradıcılığınıza dəstək olur. Maraqlıdır, bəs o, bu şəkilləri görəndə nə reaksiya verdi?
- O, məni o qədər çox istəyir ki... Mənə ərköyün, şıltaq qız kimi yanaşır. Şəkillərimi isə şıltaqlığımla əlaqələndirir. Pis qəbul etmir, əksinə. Mən ondan soruşdum ki, yeni klipimdə açıq-saçıq səhnələr olsun? Belə etsəm, aramızda problem olmaz ki? Mənə deyir ki, Afaq, bu sənin karyerandırsa, sənin sənətinə, işinə zərər, xələl gətirmək istəmərəm. Necə istəyirsən, elə də et. Əsas odur ki, mən sənə inanıram və güvənirəm. Bilirəm ki, heç bir zaman yanlış addım atmazsan. Deyim ki, sənətimin şəxsi həyatıma heç bir aidiyyatı yoxdur.
- Çimərlik şəkillərinizdən danışaq. Həmin fotoları niyə sosial şəbəkdə yaydınız?
- Əslində, mən şəkillərimi mətbuatda çıxmaq üçün yaymamışdım. Sadəcə, həmin şəkillərimi "İnstagram” və "Facebook” səhifəmdə paylaşmışdım. Maşallah, bizim mətbuat nümayəndələri o qədər cəld və operativ işləyirlər ki. Şəkli paylaşdıqdan 10 dəqiqə sonra gördüm ki, bütün saytlar məndən yazıb. Bəli, bu belədir, çimərlik geyimində olan şəkillərim gündəm yaratdı. Həmin gün bütün saytlar mənim şəkillərimdən ibarət xəbər təqdim etdilər.
- Həmin şəkillər birmənalı qarşılanmadı. Hətta bir çoxları dedi ki, Afaq Aslan sənətlə deyil, bədəni ilə özünü reklam edir.
- Eşitdiyim sözlərin heç biri mənim türklər demiş, umrumda deyil. Deyim ki, bir çox həmkarlarım var, bu addımı atmaq, soyunmaq istəyir. Sadəcə, bunu edə bilmirlər. Çünki onların o qədər qüsurları var ki. Açıq-saçıq geyinən kimi qüsurları görünür. Onlar mənim bədənim, görünüşüm haqqında nə deyirlərsə, desinlər, bunu paxıllıqdan edirlər. Deməli, Afaq var ki, ondan danışırlar da. Bu sənət aləmi elədir ki, hamı bir-birinin üzünə gülüb, arxasınca danışır. Bu sənətdə bir-birini sevən və dəstəkləyən müğənnilər çox azdır. İstəyirlər, üzümə gülsünlər, ya da ki, arxamca danışsınlar. Onların nə etdikləri mənim üçün maraqlı deyil.
-Yeri gəlmişkən, "Facebook”-da status yazdınız ki, sizdən əvvəl bir çox sənətçilər, soyunublar. Amma bu onlarda uğurlu alınmayıb. Bu status konkret olaraq kimə ünvanlanmışdı?
- Deyirlər ki, Afaq Aslan soyundu. Vallah, mən bu sənətdə nə ilk, nə də sonuncu soyunan deyiləm. Məndən əvvəl və hətta deyərdim ki, sonra da soyunanlar olub. Sadəcə olaraq, mən yadda qalıram, onlar isə yox. Çünki göstərə biləcək bir bədənləri yoxdur. Çox müğənnilər soyunur, onlar da yadda qalsın, niyə qalmır bəs? Müğənninin gərək bədəni elə olsun ki, soyunanda da tamaşaçı ondan zövq ala bilsin. Yəqin ki, onlardan zövq ala bilmirlər ki, ona görə yadda qalmırlər.
- Afaq, bir müddət əvvəl "10Lar” verilişi vasitəsilə sərt açıqlama verdiniz. Hansısa həmkarınızla bağlı danışdınız. Ona sərt ismarıc göndərdiniz. Dediniz ki, həmin o qadın müğənni sizin paxıllığınızı çəkir. Sizi kiməsə qısqanır. Söhbət hansı həmkarınızdan gedir?
- O, müğənni mənə heç nə edə bilməz. Çünki o, mənim yanımda çox balaca bir insandır. Hətta deyərdim ki, o, mənim, Afaq Aslanın yanında kiçik bir qarışqadır. Aslanın yanında balaca qarışqa! Həmin müğənninin adını çəkmək istəmirəm. Çəksəm, reklam olar. Çünki bu gün o, gündəmdə yoxdur. Onun mənə "ilişməsinin” yeganə səbəbi odur ki, nəsə deyim, bununla da qalmaqal yaransın. Sayəmdə gündəmə gəlsin. Ona görə də mən onun adını gizli saxlayıram.
- Bəs adını çəkmədiyiniz müğənninin sizdən istədiyi nədir?
-Onun mənə qarşı kini-küdurəti sənətlə bağlı deyil. Mən buna qadın qısqanclığı deyərdim. Hər halda, məni özünə güclü rəqib görüb, çox gözəl hesab edir. Məni səbəbsiz yerə öz sevgilisinə qısqanır.
- Nə əcəb, filmə çəkilmirsiniz?
- Çimərlik şəkillərimdən sonra yerli telekanallardan birində nümayiş olunacaq serialda baş rola çəkilmək təkilifi aldım. Rejissor dedi ki, sənin şəkillərini gördüm, bədən ölçülərini bəyəndim. Söylədi ki, həmin rola məhz məni yaraşdrır. Sonra məlum oldu ki, serialda açıq-saçıq səhnələr olacaq. Buna görə təklifi rədd etdim. Onu da deyim ki, Azərbaycanda porno film industriyası inkişaf etməyib. Amma əminəm ki, bizdə porno fimlər çəkilsəydi, bütün rejissorların ən böyük arzusu məni çəkmək olardı. Onların ağlına ancaq mən gələrdim.
- Bəs sizin onlara cavabınız nə olardı?
- Əlbəttə ki, cavabım "yox” olardı. Çünki mən hər hansı bir rejissorun istəyi ilə hərəkət edən bir xanım deyləm. Mən öz beynimə, ağlıma nə gəldisə, onu etməyi sevənəm. Sənətdə isə kimsənin bacarmadıqlarını edəcəyəm. Təkakrçılığa yol verməyəcəyəm.
Aytən Həsənova









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi