LAÇINDA HƏRBİ MAŞIN QƏZAYA UĞRADI: 2 hərbçi həlak olub, yaralılar var (YENİLƏNİB)
04-01-2024 [17:31]
Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
***
Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb.
Mia.az xəbər verir ki, avtomobildə 11 nəfər olub.
Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
***
Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub