General və polkovniklər hakim qarşısında: ""Ölü kart"lara maaş yazırdıq..." - MN-dəki 143 milyonluq mənimsəmə
30-12-2023 [12:27]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi bildirib ki, 2013-cü ildən hərbi xidmətdədir: “2018-ci ilin iyul ayında hərbi hissədə maliyyə mənimsəmələrinə yol verilib. Özüm də bu işlərin iştirakçısı olmuşam. 2018-ci ildən 2020-ci ilin dekabrın 12-ə kimi rəisim Cəlal Kazımov olub. Əlavə yazılan sifarişləri xidmət rəisimlə razılaşdırmışam. Bu razılaşmaya görə, şəxsi heyətin ehtiyacları ilə bağlı vəsaitləri artıq, şişirdilmiş qaydada yazırdıq. Əlimizdə “ölü kartlar” var idi. Həmin kartlara maaş yazırdıq. Amma həmin kartların sahibləri mövcud deyildi. Ad və soyadlar qeyd etməklə həmin “ölü kartlar”a əmək haqlarının köçürülməsi üçün sənədlər hazırlayırdıq. Həmin pullar da bizim tərəfimizdən götürülürdü. Bunları da rəislərimiz bilirdilər. Amma heç nə demirdilər. Çünki faiz alırdılar. Bu işlərin üstü açılandan sonra işlədiyim hərbi hissədə maliyyə yoxlamaları aparıldı. Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı 945 min manat mənimsəmə faktı müəyyən edildi. Bununla bağlı istintaqda da akt tərtib olundu. Həmin yoxlamalar da şəxsən özüm iştirak etmişəm, tərtib olunan aktda bəzi şişirtmə də var idi. Çünki bəzi sənədlər yandırılaraq məhv edilib. Mən o zaman da yenidən sənədlərin bərpa olunması üçün müraciət etdim, amma baxan olmadı”.
Maliyyə Xidmətinin rəisi bildirib ki, özünə aid olan mənimsəmə faktının 350 min manat olduğunu Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılan zaman qəbul edib.
Bildirib ki, həmin mənimsənilən vəsaitin 131 min manatını istintaq dövründə ödəyib. O, qalan məbləği ödəmək niyyətində olduğunu bildirib.
Suallara cavab verən şahid deyib ki, hərbi hissədə açılan maliyyə hesabına köçürülən pul onlar tərəfindən bölüşdürülüb: “Biz hər ay 35-65 faiz arasında işlər görmüşük. Pulun 65 faizi rəis Cəlal Kazımova çatdırdım. Qalan 35 faiz isə mənim özümə qalırdı”.
Bu zaman arayış verən təqsirləndirilən Cəlal Kazımov bildirib ki, rəqəmlər şişirdilib və ittiham aktına yazılıb: “Çünki rəsmi sənədlər məhv edilib. Bütün bunlar da ehtimallar əsasında yazılıb. Mən yazılan faizləri qəbul etmişəm. Amma rəqəmlərdən xəbərim yoxdur. Çünki rəqəmlərin dəqiq olması üçün rəsmi sənədləri müəyyən etmək lazım idi. Bunu üçün də uzun vaxt lazım idi. Amma bütün bunlar olmadı. Ehtimallar əsasında rəqəmlər şişirdilərək yazılıb”.
Şahid daha sonra bildirib ki, hərbi hissədə təftişə gələn Füzuli Ələkbərli ondan çatdırılması üçün pul istəyib və bunun yuxarının tapşırığı olduğunu deyib: “Füzuli Ələkbərliyə iki dəfəyə - 135 min manat bir, 141 min manat isə bir verib. Onun dediyinə görə, həmin pulları Cəlal Kazımova çatdırıb”.
Cəlal Kazımov isə deyib ki, həmin vəsaitlərindən onun xəbəri olmayıb. Təqsirləndirilən şəxs bildirib ki, həmin dövrdə nazirin əmri ilə iş yeri Naxçıvana dəyişdirilib və həmin vəsaitlərin onun tərəfindən alınması mümkün deyildi.
Digər şahid Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidmət rəisi olduğunu deyib. O bildirib ki, 2018-2019-cu illərdə hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində işləyən zaman hərbi hissədə mənimsəmə faktlarına yol verib.
COVİD xəstəliyi keçirdiyini deyən şahid bildirib ki, hazırda dəqiq heç nə xatırlamır, yaddaşını itirib.
İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyən şahid bildirib ki, orada yazılanlar həqiqəti əks etdirir: “Nə qədər məbləğin mənimsənilməsi, kimə nə verilməsini unutmuşam. Mənə aid mənimsənilən puldan 80-90 min manatını ödəmişəm. Onu bilirəm ki, hesaba köçürülən pulun 65 faizi geri qaytarırdıq. Həmin faiz Cəlal Kazımova çatıb”.
Cəlal Kazımov deyib ki, Hərbi Hava Qüvvəllərinin hərbi hissəsinin açılışı olacaqdı: “Böyük tədbir idi. Amma işlər yarımçıq qalmışdı. Hərbi hissəyə elektrik belə çəkilməmişdi. Ramiz Tahirov tapşırdı ki, hərbi hissənin açılışı olacaq, generator alınmalıdır. Mən də ayrılan həmin vəsaitləri hərbi hissənin bu işlərinə xərclədim. Çünki bu işlərin görülməsi üçün gözləməyə vaxt yox idi. Hərbi hissənin açılışına Prezident gələcəkdir. Buna görə də biz bu işləri yüksək səviyyədə qısa zamanda həll etdik ki, hər şey qaydasında olsun”.
Proses yanvarın 12-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
MİA.AZ
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
AFFA hesabat verir - VİDEO
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"