İlham Əliyev daşınmaz əmlakın reyestri ilə bağlı fərman verdi

img

14-06-2014 [12:55]


Azərbaycan Respublikasında daşınmaz əmlakın reyestri ilə bağlı prosedur qaydalar müəyyənləşdiriləcək.

Bu, prezident İlham Əliyev tərəfindən verilən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin fərmanında dəyişikliklər edilməsinə dair fərmanda öz əksini tapıb.

Fərmanda Nazirlər Kabinetinə 2 ay ərzində daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarını hazırlayaraq təsdiq etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin, 2 ay ərzində ipotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formalarını da hazırlayaraq təsdiqləməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA