"Bakcell" məhkəməyə veriləcək, tanınmış jurnalist iddia qaldıracaq-ÖZƏL

img

14-06-2014 [12:03]


Tanınmış jurnalist Seymur Həzi istifadəçisi olduğu "Bakcell" mobil operatordan narazıdır. Bu barədə MİA-ya açıqlama verən sözügüdən operatorun datakartını istifadə edən jurnalist şirkət tərəfindən hüquqlarınını pozulduğunu bildirib.

O hüquqlarını bərpa etmək üçün "Bakcell"dən məhkəməyə şikayət edəcəyini deyib: "Görünür ki, Bakcell artıq müştəri bolluğundan əziyyət çəkir, ona görə də "Sürət datakart" xidmətinin başını buraxıb, son bir ayda dəfələrlə zəng etməyimə baxmayaraq, normal internet ala bilmirəm. 3g xidməti söz verirlər, amma dialup sürətini keçmir. Mən də pul ödəyirəm sadəcə. Ona görə də dəyərli hüquqşünaslardan xahiş edirəm mənə "Bakcell"i məhkəməyə vermək üçün yardım etsinlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA