Haqqında dələduzluq xəbəri yayıldı, kanaldan ayrıldı: "Onu sizə əmanət edirəm"

img

29-12-2023 [14:10]


18 ildir birlikdə proqram ortağı Müge Dağıstanlını aldatması ilə bağlı gündəmə gələn aparıcı Gülşen Yüksel TV 8 telekanalından ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Gülşen Yüksel həftə içi hər gün ekranlara çıxdığı "2-ci Səhifə proqramı" ilə vidalaşdığını və Müğe ilə aralarında hər hansı bir problem olmadığını dolayısı ilə bəyan edib: "...ekranlarla vidalaşarkən Müge bacımı "Aramızda Qalmasın" verilişi ilə səhərlərə damğasını vurmağa davam edəcək. Burada bir yerdə olmasaq da, onsuz da bir yerdəyik. Dostluğumuz ölənə qədər davam edəcək. Həmişə bunu deyirik. Onu sizlərə etibar edirəm. Əlvida...".

Qeyd eədk ki, Müge Dağıstanlı 2024-cü ildə "Araması Kalmasın" proqramı ilə ekranlara gələcək. Dağıstanlının bu dəfə oppenenti Ali Eyüboğlu olacaq

Ləman

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq