"Bakı daha çox vaxt itirmək fikrində deyil" - Elçin Əmirbəyov
28-12-2023 [11:41]
"Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir".
Mia.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "The Guardian"a müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir: "Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir".
Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən Prezidentin nümayəndəsi eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər.
E.Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”.
E.Əmirbəyov vurğulayıb ki, cərəyan edən hadisələr göstərir ki, Bakı üç il Ermənistandan aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünün olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi