FRANSANIN BAKIDAN QOVULAN İKİ ƏMƏKDAŞI VƏ YA GİZLİ ƏMƏLİYYATLAR... - Məxfi məlumatlar ələ keçdi (TƏHLİL)
27-12-2023 [10:35]
Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan etdi. Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayondan həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib. Bundan başqa, xanım səfirə müvafiq nota təqdim edib.
Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar fonunda bu qərar diqqət çəkir. Belə ki, yüksək peşəkarlıqla təşkil edilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Əməliyyatlar çərçivəsində onlardan bəzilərinin saxlanıldığı, bəzilərinin istintaq altında olduğu məlum idi. Görünür, saxlanılanlar Fransa xəfiyyəsi olduqlarını etiraf ediblər. Onların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi istisna deyil.
Maraqlıdır ki, Fransa rəsmi olaraq nə Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla, nə saxlanılan xəfiyyələrlə, nə də Fransa səfirliyinin iki əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı reaksiya verib. Buna baxmayaraq, rəsmi Parisin baş verənlərdən narahat olduğu bəllidir. Bunun real göstəricisi isə Fransa Prezidenti Emmanuel Makronun DGSE rəisi Bernar Emyeni vəzifəsindən azad etməsidir.
İndiki məqamda Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları DGSE-nin mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu bizim üçün mühüm nailiyyət, Fransa və DGSE üçün ciddi bir fiaskodur.
Prinsip etibarilə Fransa bundan öncə də rəsmi Bakıya bir neçə aspektdə məğlub olub. Misal üçün, Parisin Ermənistan-Azərbaycan sülh prosesində vasitəçilik missiyası rəsmi Bakı tərəfindən qəbul edilmədi. Bundan başqa, Fransanın Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etmə cəhdləri də Bakının uzaqgörən siyasəti və usta siyasi həmlələri ilə nəticəsiz qaldı. Bütün bunların fonunda Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur.
Turan Rzayev
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR