Prezident seçkilərinin monitorinqini keçirəcək yeni QHT koalisiyası yaradıldı - 3 tanınmış QHT rəhbəri tərəfindən
26-12-2023 [22:31]
7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkanar seçkilərinin monitorinqinin keçirilməsi məqsədilə “Seçki Müşahidə və Təhlil Qrupu” adlı koalisiya yaradılıb.
Mia.az xəbər verir ki, koalisiya Rafiq İsmayılovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz, Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı və Osman Gündüzün rəhbərlik etdiyi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 20 dekabr 2023-cü il tarixində təsis edilib.
Koalisiya tərəfindən aparılacaq monitorinq namizədlərin seçkiqabağı kampaniyalarının təşviqatı, elektron, çap media resursları, eləcə də sosial şəbəkələr tərəfindən seçki qanunvericiliyinə riayət olunması, siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin sayı, seçicilərin iştirakı, seçki günü ərzində baş verən pozuntuların qeyd olunması, seçki prosesinə aid digər mühüm aspektlərini əhatə edəcəkdir.
Fəaliyyət planına əsasən, seçki günü ərzində Koalisiya tərəfindən keçiriləcək monitorinq Bakı şəhəri daxil olmaqla ölkənin 60 seçki dairəsini əhatə edəcəkdir. Bu məqsədlə 1000-dən artıq könüllünün cəlb olunması, onlar üçün müvafiq təlimlərin hazırlanması planlaşdırılır. Fəaliyyət zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası və Avropa Birliyinin Bakıdakı nümayəndəlikləri, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi planlaşdırırlır. Monitorinqin ilkin və yekun nəticələrinə dair hesabatlar ictimaiyyətə, hökumətə, xarici və beynəlxalq təşkilatlara təqdim olunacaqdır.
Beləliklə, görüləcək fəaliyyət nəticəsində Azərbaycanda keçiriləcək seçkilərin real mənzərəsi təsvir olunaraq, seçki prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tövsiyələrin təqdim olunması vasitəsilə ölkəmizin demokratikləşməsinə töhfə veriləcəkdir. Koalisiyanın qeydiyyata alınması ilə bağlı MSK-ya müraciət olunub.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR