Mirşahin: "Mən onları həbsxanaya qədər aparan yollarla mübarizə aparıram...”

img

26-12-2023 [17:07]


“Həbsxanaya nə vaxtsa düşəsi olsam belə... Əbülfəz Elçibəy necə deyirdi, yadımıza salaq: “Həbsxana da Azərbaycan həbsxanasıdır, həbsxananın da içində olmaq Azərbaycan məhbusu üçün şərəf, qürur olmalıdır”. Həbsxananın içində olan insanların hamısına sayqılarım var. Heç birini aşağı-yuxarı tutmuram, hətta həmkarlarımızı belə. Mən onları həbsxanaya qədər aparan yollarla mübarizə aparıram...”

Mia.az xəbər verir ki, bu sözləri “Real TV”-nin rəhbəri Mirşahin Ağayev “Müsavat TV”-nin canlı efirində deyib.

O, daha sonra belə davam edib: “Axı insan öz balasının yanında olmalıdır. Mən hər gün öz övladlarımla görüşürəm. İnanın, elə həftə olmur ki, mən uşaqlarının yanında ola bilməyən ataların həbsdə olduğu aqibəti düşünməyib. Belə olur, başqa cür ola bilməz”.

Mirşahin daha sonra ANS-lə bağlı suala "Bu, keçmişdir" deyərək, cavab verməkdən yayınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR