13-06-2014 [18:06]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə ictimai iaşə və ticarət obyektlərində standartların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən fiziki şəxs Südabə Əsgərova məxsus "Ucuz market” mağazasında aparılan yoxlamalar zamanı müəssisənin soyuducu anbarında qablaşdırılması düzgün aparılmayan, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan "Halal Qafqaz Toyuqları” və "Giləzi Quşçuluq Şirkəti”nə məxsus olan toyuq ətləri aşkar olunub.
Komitədən Modern.az-a verilən məlumata görə, bu məhsulların uyğunluq sertifikatları da yoxlamaya təqdim edilməyib. Aşkar edilən nöqsanlarla bağlı məhsulların saxlanma anbarına və ticarət sahəsinə baxışın keçirilməsi haqqında protokol, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib olunub.
Abşeron rayonu, Novxanı kəndində yerləşən "Bakı-Praqa” MMC-də yoxlamalar zamanı burada istehsal olunan "Novxanı”, "Starapraqa”, ”Starapraqa Draft” və "Golden Malt” pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib, məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi aşkar olunub. Bundan başqa etiketlənmə zamanı məhsulun yararlılıq müddəti 21 gün olduğu halda əsassız olaraq 30 gün olaraq qeyd edilib, məhsulun istehsalında istifadə edilən bəzi qatqılar etiketlənmədə öz əksini tapmayıb. Həmçinin istehsal olunan məhsul sınaqlar aparılmadan satışa çıxarıldığı, istehsalat laboratoriyasında istismar edilən ölçmə və sınaq vasitələrinin böyük əksəriyyətinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Aşkar olunan nöqsanlarla bağlı məhsullardan nümunələr seçilərək müayinə olunması üçün laboratoriyaya təqdim edilib, müəssisənin rəhbərinə məhsul istehsalı və satışının qadağan edilməsi barədə, yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt şossesinin 13-cü kilometrliyində yerləşən, qənnadı məmulatlarının istehsalı və idxalı ilə məşğul olan "Bolluq LTD” MMC-də aparılan yoxlamalar zamanı idxal edilən "Slakon” nişanlı vaflili tortların üzərində Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları haqqında məlumatların əks olunmadığı aşkar edilib. Aşkar edilən nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilib.
Ağsu şəhərində yerləşən fiziki şəxs Quliyev Saleh Ayaz oğluna məxsus "Quzey bənövşə” yeməkxanasında aparılan dövlət nəzarəti tədbirləri zamanı istifadə olunan ərzaq xammallarının uyğunluq sertifikatlarının olmadığı, məhsulların saxlanma rejiminə əməl olunmadığı, gigiyenik normalara riayət olunmadığı müəyyən edilib. Aşkar olunan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi