Elnur Kələntərov “Wediacorp Holdinq”ə üzv təyin olunub
25-12-2023 [12:25]
“YouTube” və “Google”un rəsmi partnyoru olan Türkiyənin dünyaca məşhur “Wediacorp Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinə həmyerlimiz Elnur Kələntərov üzv təyin olunub.
Mia.az xəbər verir ki, o, bu günədək “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının Proqramlar üzrə direktoru olmaqla bərabər, həm də “Wediacorp”un Azərbaycanda tamhüquqlu partnyoru və təmsilçisi sayılan “WediaAZE” şirkətinə rəhbərlik edib. https://wediacorp.com/corporate/
“YouTube”un ən çox Məzmun İdarəetmə Sisteminə (Content Management System) malik olan “Wediacorp” həm də “Facebook”, “Instagram”, “TikTok”, “DailyMotion”, “Netflix” kimi dünya nəhəngləri ilə rəsmi tərəfdaşdır və bu platformalarda məzmun istehsal edən müştərilərinin hüquqlarının qorunmasını, kontent idarəçiliyini həyata keçirir.
“YouTube”da şirkətə məxsus 350-ə yaxın kanal mövcuddur ki, bunların ümumi baxış sayı 45 milyarda yaxındır. Ümumilikdə, “Wediacorp” brendi altında olan kontentlərdə 300 milyon bəyənmə və 100 milyona yaxın şərh mövcuddur. Şirkət Azərbaycanla bərabər Rusiya, Hindistan, Almaniya, ABŞ, Vyetnam və digər ölkələrdə istehsalçılarla çalışır. Həmçinin, “Netflix”, “Free TV”, “Mobile TV”, “CJ Entertaiment”in partnyoru qismində dünyaca məşhur film və serialların satışı, alışı, kinoteatrlar və rəqəmsal şəbəkələrdə yayımı ilə məşğuldur.
Türkiyədə və Azərbaycanda 200-dən artıq müğənni və bəstəkarın əsərlərinin “Apple Music”, “Spotyfy”, “Amazon Music”, “Deezer”, ümumilikdə 160-dan çox musiqi platformalarında hüquqlarını qoruyur.
Azərbaycanda “WediaAZE” şirkətinin tərəfdaşı olan “Wediacorp” həmçinin, Dövlət Turizm Agentliyi, Xəzər TV, ARB TV, CBC Sport və digər qurumların rəsmi kanallarını lisenziyalaşdırmaqla bərabər həm də Azərbaycanda rəsmi xidmət göstərmək üçün “YouTube” tərəfindən verilmiş hüquqa malik yeganə şirkətdir.
Təsisçisi və baş direktoru Funda Demir Şən olan “Wediacorp Holdinq” Türkiyənin Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri, TRT, “Trendyol” və digər dövlət qurumları, dünya markalarının bütün sosial şəbəkə hesablarında rəqəmsal hüquqlarının sahibidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi