13-06-2014 [15:49]
Tariximizə Milli Qurtuluş Günü
kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk
edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin
dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl
qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 20 il öncə bu
tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində
müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır –
Bu Heydər Əliyevdir.
Ulu
öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan
xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda
1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda
geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin tədbirlər planına
uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət
nümayəndələri rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid
Naxçıvanski adına hərbi liseydə olmuşlar.
Qanaqlar
əvvəlcə Ümümmilli lider Heydər Əliyevin liseydəki büstünü ziyarət etmiş, önünə
tər çiçəklər düzmüşlər. Qonaqlar həmçinin general Cəmşid Naxçıvanskinin də
büstünü ziyarət etmişlər. Sonra qonaqlar liseyin muzeyində olmuş, liseyi
gəzərək burada kursantların təhsili, istirahəti, idmanla məşğuliyyəti üçün
yaradılan şəraitlə tanış olmuşlar.
Liseyin akt zalında keçirilən tədbirdə C.Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov qonaqları salamlamış, C.Naxçıvanski adına hərbi liseyin yaranması və fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən, Ulu öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından söhbət açmışdır. Qeyd etmişdir ki, məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə Azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstərmişlər. Liseyin məzunları arasında Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev, Silahlı Qüvvələrin Korpus komandiri, Milli Qəhrəman Rövşən Əkbərov kimi tanınmış hərbiçilərimiz vardır.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əvvəlcə tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır. Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat vermişdir.
Natiq Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmış, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində və onların hərbiçi peşəsinə olan marağının artırılması istiqamətində mühüm rol oynadığını vurğulamışdır.
C.Naxçıvanski adına hərbi liseyin kursantı, Səbail rayon sakini Mürvət Camalov liseyə oxumağa gəlməsinin səbəbləri, burakı təhsili barədə məlumat vermiş, gələcəkdə Azərbaycan ordusunda ləyaqətlə xidmət edəcəyinə söz vermişdir.
Sonra Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinqin keçirilmiş, təhsildə fərqlənən bir qrup kursant, qabaqcıl müəllim və zabitlər RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Sonda populyar incəsənət xadimləri və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi