Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu - FOTOLAR
22-12-2023 [09:03]
Lider mobil operator mədəni irsimizin rəqəmsal platformalarda təbliğini davam etdirir
“Azercell Telekom” Bakı Kitab Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti “Audiokitab” toplusunun təqdimatını keçirib.
Mia.az xəbər verir ki, mənəvi zənginliyin və elmlərə yiyələnməyin əsas yolun mütaliədən keçdiyini hesab edən Heydər Əliyev gənclərə və ətrafındakı insanlara daim kitab oxumağı önərib.
Azercell “Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal kitabxanada audio və elektron kitab, eləcə də audiopyes formatlarında bir araya gətirib.
Ölkənin lider mobil operatoru Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin edib. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılıb.
Yeni seriya üçün Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi və Hüseyn Cavidin əsərləri əsasında rəqəmsal komiks kitabı və qısametrajlı animasiya filmi hazırlanıb. Milli mətbuatın ən dəyərli nümunələrindən olan “Molla Nəsrəddin” jurnalı rəqəmsallaşdırılıb, Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron və audiokitab formatlarında təqdim olunub.
Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin məsləhətçisi Kamran Musayev, AMEA-nın əməkdaşı, yazıçı-tənqidçi Tehran Əlişanoğlu, “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə və media nümayəndələri iştirak ediblər.
“Azercell Telekom”-un Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin Korporativ Sosial Məsuliyyət prinsipləri və layihələri barədə danışıb: “Ölkə bazarının lideri kimi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizi əsas tutaraq trendləri müəyyənləşdirir, insanların həyat keyfiyyətinin artırılması üçün innovativ həllər gətirir, xalqımızın mədəni irsini dünya səviyyəsində tanıtmağa çalışırıq”.
Rəşad Məcid “Ədəbiyyatı təbliğ etmək həm də vətənə, xalqa xidmətdir, Heydər Əliyevin sevdiyi kitabların təbliğatı isə xüsusən əhəmiyyətlidir”, deyə layihəni təqdir edib.
Təqdimat mərasimi Heydər Əliyevin sevdiyi musiqi nömrələri ilə müşayiət olunub.
Xatırladaq ki, “Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, doğma dilimizdə ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə öz rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işlərini, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarda oxucuların istifadəsinə verib.
“Azercell Telekom”un 2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi mədəni irsimizin qorunub-saxlanmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir, həm doğma, həm də dünyanın müxtəlif dillərində yayımlanmasında və tanınmasında müstəsna rol oynayır. Layihə çərçivəsində hazırlanan kitablarla Litres, Bookmate, eləcə də Azercell-in Youtube kanalı vasitəsilə tanış ola bilərsiniz. Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanına müraciət edin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi