Zakir Həsənov şəhidin ipoteka kreditini ödədi

img

13-06-2014 [13:44]


Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlunun İpoteka krediti  Müdafiə Naziri Zakir Həsənovun əmri ilə MN-yi tərəfindən ödənilib və artıq şəhid kapitanın ailəsinin ipoteka krediti bağlanıb.

Məlumatlı mənbələrdən əldə etdiyimiz məlumata görə, eyni zamanda da şəhidin iki azyaşlı övladı MN-yi tərəfindən qəyyumluğa götürülüb.

Redaksiya olaraq, cənab nazirin bu addımını əsil Paşaya yaraşan addım olaraq qiymətləndirməklə yanaşı, eyni zamanda Zakir Həsənovun ölkədə şərəfli ordumuzun libasını geyinən hər bir fərdinə yanaşma tərzini ortaya qoymuş oldu. Zakir Həsənov kimi Paşa ordumuzun başında durduqca. Bu ordu neçə-neçə düşməni məhv etməyə qadir olacaq.

veteninfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA