Kreml: "Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur"

img

20-12-2023 [14:43]


"Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, danışıqlar məsələsi aktual deyil: “Biz dəfələrlə demişik ki, danışıqlar üçün zəmin yoxdur”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq