Hizbullah: "Daha iki döyüşçümüz həlak olub"

img

20-12-2023 [11:56]


"İsraillə müharibədə daha iki döyüşçümüz həlak olub".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu barədə "Hizbullah" Hərəkatı məlumat yayıb.

Bildirilib ki, Livanın cənubunda İsrail ordusu ilə sərhəd bölgəsində baş verən toqquşmada daha 2 üzvü həyatı ilə vidalaşıb: "Həsən Əli İbrahim və Visam Haydar Murtazanın Qüds yolunda şəhid olublar...".

Bununla da oktyabrın 8-dən Livan-İsrail sərhədində baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 117-yə yüksəlib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR