Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev” kitabının təqdimatı olub - FOTOLAR
20-12-2023 [09:51]
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) xalqımızın Ümummmilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində BŞİH və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan “Heydər Əliyev” kitabının təqdimatı keçirilib.
BŞİH-dən Mia.az-a bildirilib ki, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, deputatlar, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən müharibəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti, Tarix və Etnologiya İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıb və bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi