Komandan: "Yaponiya Qırmızı dənizdəki əməliyyata qatılmayacaq"

img

20-12-2023 [09:49]


"Yaponiya ABŞ-ın öncüllüyü ilə Qırmızı dənizdə husilərə qarşı əməliyyata qatılmağı planlaşdırmır".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Sakai Ryo jurnalistlərə açıqlamasında deyib.

Sakai bildirib ki, onlar yalnız husilərin bölgədəki hücumlarının yaratdığı risklər və təhdidlər barədə müttəfiq və tərəfdaşları ilə məlumat paylaşacaqlar.

Xatırladaq ki, Yaponiyanın 2009-cu ildən Qırmız dənizdə - Ədən körfəzində dəniz quldurlarına qarşı fəaliyyətə başlayan “Akebono” hücum gəmiisi və  və P3C tipli patrul təyyarəsi var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR