Daha bir ölkə Ukraynaya 264 milyon dollar dəyərində hərbi yardım göndərir - Açıqlama

img

20-12-2023 [00:22]


Danimarka Ukraynaya 264 milyon dollar dəyərində hərbi dəstək verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, Ukraynaya CV90 zirehli döyüş maşınları ilə yanaşı, tank və digər hərbi texniki yardım göndərəcək: "Biz Ukraynanın azadlıq mübarizəsini qətiyyətlə dəstəkləməyə davam edəcəyik".

Məlumatda Ukraynaya veriləcək zirehli döyüş maşınlarının sayı ilə məxfi saxlanılıb.

Onu da qeyd edək ki, İsveç hökuməti də ötən həftə Ukraynaya 134 milyon dollar məbləğində maliyyə yardımı edəcəyini bəyan edib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq