“Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək" - Zelenski

img

19-12-2023 [22:37]


Ukrayna prezidenti Vlodomir Zelenski ümid etdiyini bildirib ki, Avropa İttifaqı və ABŞ 2024-cü il üçün Ukraynaya planlaşdırılan maliyyə yardımı paketlərini təsdiq edəcəklər, baxmayaraq ki, bunun dəqiq nə vaxt baş verəcəyi sualı olaraq qalır.

Ukrayna KİV-ləri xəbər verir ki, bunu Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna maliyyə yardımı almaq üçün “çox gərgin” işləyir: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək, bizim ABŞ-la razılaşdığımız hər şey tam şəkildə həyata keçiriləcək”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR