13-06-2014 [12:55]
Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən
Mia.az-ın poçtuna məktub göndərilib.
İH-dən daxil olan məktubda son günlər icra başçısı Taleh Qaraşovun müavin olmaq üçün rüşvət olaraq alınmış 150 min manatla bağlı baş verənlərə aydınlıq gətirməyə çalışıblar.
Mia.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:
"Lənkəran şəhər sakini, Ağ Ciyər Xəstəlikləri xəstəxanasının keçmiş baş həkimi Qurbanov Nurəddin Ələkbər oğlunun Lənkəran rayonunun Kərgəlan kəndi sakini Səfərov Məmməd Həbib oğluna qarşı dələduzluq edərək aldatma yolu ilə ondan böyük miqdarda pul aldığı və məsələ ilə əlaqədar məhkəmə-istintaq hərəkətlərinin aparıldığı barədə məlumatlar verilmişdir.
Bununla
belə yazıda heç bir sübut, fakt göstərilmədən Lənkəran ŞİH başçısı Taleh
Qaraşovun adı hallanmış və Nurəddin Qurbanovun həbsində o günahkar hesab
olunmuşdur.
Əvvələn
yazıda qeyd olunduğu kimi haqqında danışılan hadisə dələduzluq faktıdır və
dələduzluq edən şəxs də, bu dələduzluqdan ziyan çəkən də məlumdur. Yəni
zərərçəkən Məmməd Səfərov onu dələduzluq yolu ilə aldatmış Nurəddin Qurbanovu
məhkəməyə vermiş və Lənkəran ağır cinayətlər məhkəməsində işə baxılmış, günahı
sübut olunaraq o, azadlıqdan məhrum edilmişdir.
Göründüyü
kimi baş verənlərin Lənkəran ŞİH başçısına heç bir aidiyyəti yoxdur və rayonda
kadrlar hər hansı konyekturaya görə deyil, yalnız bilik, bacarıq və
dövlətçiliyə sədaqətlilik keyfiyyətlərinə görə vəzifələrə təyin olunurlar. Bu məlum
həqiqəti bilə-bilə məsələnin mahiyyətini şaiyələrə əsasən müəyyənləşdirmək və hörmətli
şəxsiyyət barədə qeyri-müəyyən məlumatlar yaymaq düzgün deyil”.
Xatırladaq
ki, Mia.az icra başçısı Taleh Qaraşovla bağlı yaranmış qalmaqallı yazını (http://mia.az/w105747/%C4%B0cra_ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1n%C4%B1n_m%C3%BCavini_olmaq_%C3%BC%C3%A7%C3%BCn_150_min_verdi_-_L%C9%99nk%C9%99randa_biab%C4%B1r%C3%A7%C4%B1_olay/)
cumhuriyyet.az-a istinadən yaymışdı. Həmin yazının da təqdim edir və rəyi
oxucuların öhddəsinə buraxırıq:
Lənkəran rayon icra hakimiyyətinin başçısı, hazırda
xəstə olduğu bildirilən Taleh Qaraşovun adı 150 min manatlıq rüşvət
qalmaqalında hallanır.
Maraqlı budur ki, həmin ittihamlarda
Lənkəranın icra başçısı, polis rəisi və prokurorunun adı çəkilir.
Mia.az cumhuriyyet.az-a istinadən xəbər verir
ki, 2014-cü il fevral ayının 24-də Lənkəranın icra başçısı Taleh Qaraşovun əmri
ilə Lənkəran sakini, həkim Qurbanov Nurəddin Ələkbər oqlu həbs edilib.
Hadisəyə səbəb isə biabırçı qalmaqallar olub.
Belə ki, 2012-ci ilin avqust ayında Nurəddin Qurbanov Lənkəran İcra
hakimiyyətində işləyən Məmməd Səfərovdan icra başçısının müavini olmaq üçün
əvvəl 120, sonra isə 150 min manat pul alınıb:
"Həmin pulu Nurəddin Qurbanov Cəlilabad
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləmiş Sədatxan həkimin vasitəsi
ilə icra başçısına (Taleh Qaraşova) verib. Bu pul M.Səfərovu İcra Başçısının
müavini vəzifəsinə təyin etdirmək üçun verilib. Hətta bundan sonra T.Qaraşov M.
Səfərovu qəbul edib və onu bu vəzifəyə təyin edəcəyini deyib. Ancaq bu məqsədlə
o, Bakı şəhərinə gedib qayıdandan sonra həmin vəzifəyə başqa adamın
veriləcəyini bildirib və pulu yenə də Sədatxan həkimin vasitəsi ilə N.Qurbanova
qaytarıb, o da bu pulu 22 mart 2013-cü il tarixində M.Səfərova geri verib.
27 mart 2013-cü il tarixində isə M.Səfərovdan
Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə keçmək üçün 150.000 min manat
istənilib və bu məbləğ yenidən N.Qurbanova verilib. Həkim Nurəddin Qurbanov bu
pulu Cəllilabadlı sahibkar və Taleh Qaraşovun biznes ortağı olan Zaur
Arif oğlu Rəhmanova verib. Zaur da bu pulu Taleh Qaraşova çatdıracağını deyib.
Ancaq Məmməd Səfərov heç bir vəzifəyə təyinat almayıb və pulunu həkimdən tələb
etməyə başlayıb. Həkim dəfələrlə Zaura zəng edib, yanına gedib ki, pulu qaytar.
Lakin Zaur pulu qaytarmayıb və həkimi ona böhtan atmaqda günahlandırıb. Məmməd
Səfərov bu iş haqda ərizə ilə polisə müraciət edib. 2013-cü il dekabrın 25-də
həkim N.Qurbanov evdə xəstə yatarkən (yüksək dərəcədə şəkər və böyürəklərində
kreatinin çoxalması) Lənkəranın polis rəisi Möhübbət Hüseynov onu
çağıraraq, psixi təsir göstərməklə (dəyənək gətirib, etikaya sıqmayan hərəkət
edəcəyi ilə onu hədələyib, əllərini qandallatdıracağını, yerli televizyada
çəkiliş aparacağını, heç bir etikaya və kişiliyə sığışmayan sözlərlə - həyat
yoldaşını və uşaqlarını şöbəyə gətirəcəyi ilə) hədələyib. 61 yaşlı ağsaqqal və
xəstə halda polisə çağırılan həkimə bu böyük təzyiqlər altında izahat
yazdıraraq pulu mənimsədiyini onun boynuna qoyub və sonra oz mobil telefonu ilə
kiməsə zəng edərək, şaqqanaq çəkib, günahı həkimin üzərinə qoyduğunu söyləyib.
Və elə həmin gün həkim ayaq ustə infarkt keçirib. 2013-cü il dekabrın 26-da
polis rəisi özü həkimin kiçik oğlunu yanına çağıraraq, onun, yəni Qurbanov
Yalçın Nurəddin oğlunun adına olan (Bankdan kredit götürərək alınıb) evini
Məmməd Səfərovun adına keçirməyi tələb edib. Hansı ki həkim Nurəddin öz
yaşadığı evi banka girov qoyaraq oğluna ev alıb. Rəis isə Yalçına təzyiq
göstərərək deyib ki, saat 3-ə qədər evi Məmmədin adına keçirməsən, atanı
buradan birbaşa həbsə göndərirəm. Xəstə atasının pis vəziyyətdə olduğunu görən
Yalçın atasına xatir bu işə razı olub. İmkansızlıqdan təmir etdirə bilmədiyi
evi Məmmədin qaynı Ağayev Vüqar Balağa oğluna «bağışlamaq» məcburiyyətində
qalıb. Hətta Lənkəranın prokuroru Natiq Abdullayev notariusa zəng edərək, bu
işi 10 dəqiqə ərzində həll elətdirib. Halbuki, evi birinin adından başqasının
adına keçirmək üçün günlərlə notariusa və Reyestr idarəsinə getmək lazım gəlir.
Sabahı gün isə həkimin böyük oğlu Qurbanov Nuran Nurəddin oğlu, atası və
qardaşı birlikdə çağırılıb, onun sürdüyü VAZ 21015 markalı maşını Məmmədə
verməyi tələb ediblər. Polis rəisi deyib ki, bununla da işi bağlayacağıq. Həkim
və oğlanları bütün bu işlərin tələ olduğunu və polis rəisinin hər gün bir şey
tələb edəcəyini başa düşərək, maşını verməyiblər. Polis rəisi Nuranı maşınına
həbs qoyacağı ilə hədələyib, lakin Nuran yenə maşını verməkdən imtina edib.
Həkim polis rəisi və prokurora dəfələrlə pulu Zaurun mənimsədiyini desə də,
polis rəisi və prokuror həkimə Zaurun adını çəkməməyi tapşırıblaar. Həkimin
səhhəti nisbətən düzələndən sonra, uzun maneələrdən sonra 1-ci izhatının təzyiq
altında alındıqını deyərək, 2-ci dəfə doğru izahatını verib. Lakin bu günə
qədər əvvəlki izahata əsaslanaraq həkimin istintaqını onun əleyhinə aparıblar.
2-ci izahat isə işə daxil olunmadan yoxa çıxarılıb. Ona görə də, polis rəisi və prokuror icra başçısı Taleh
Qaraşovun göstərişi ilə Zauru müdafiə edərək günahsız həkimi həbs ediblər. 27
dekabır 2013 cü il tarixində həkimin həyat yoldaşı Daxili İşlər Nazirliyinə
şikayətə gedib. Lakin orada ona heç kim qulaq asmayib. Həmin günü oradan Milli
Təhlükəsizlik Nazirliyinə gedib və orada həkimə böhtan atıldığı ilə əlaqədar
rəsmi ərizə ilə müraciət edib. 28 dekabr Prezident Aparatında mətbuat katibi
Azər müəllimin qəbulunda olub və bu hadisə haqqinda ona məlumat verib. Azər
məllim onu Baş Prokurorda Yadigar müəllimin yanına göndərib. Ancaq qəbulda
oturan bir qadın işçi Yadigar müəllimin onu qəbul edə bilməyəcəyini söyləyib.
Bütün bu distansiyalara gedərkən həkimin yoldaşı N.Qurbanovun cənab prezidentlə
olan şəkilini də göstərib. Lakin yenə də onu heç bir yerdə qəbul etməyib və
dərdinə qulaq asmayıblar. Yazdıqı ərizəyə də bu günə qədər cavab gəlməyib.
1997-ci ildən 2006-cı ilə qədər Qurbanov
Nurəddin Lənkəran Mərkəzi xəstəxanasının baş həkimi işləyib. İşlədiyi müddət
ərzində həmişə imkansız xəstələrə yardıb göstərib, onların ehtiyaclarını
ödəyib. 2004-cü ildə Lənkəranda yaşayış binası çökəndə həkim Nurəddin
Qurbanovun həmin xəstələrə göstərdiyi qayğı yəqin ki, o insanların yadından
çıxmayıb. Səhəri gün çökmüş binanın zərərçəkən sakinlərinə baş çəkməyə gələn
Cənab Prezident İlham Əliyev xəstələrə diqqətlə qulaq asıb və onlardan soruşub
ki, həkim sizə necə baxır ? Xəstələr də prezidentə həkimdən razılıqlarını
bildiriblər. Yəqin ki, bu hadisə cənab Prezidentin yaxşı yadındadır. Amma
Lənkəranın yerli məmurları belə bir insanı etmədiyi günaha görə məhv edirlər.
Nurəddin Qurbanov bu yaşına qədər işlədiyi vəzifələrdə dövlət pulunu və ya
kiminsə şəxsi pulunu mənimsəsəydi, yəqin indi özü hökumət evində yaşamazdı. Və
yaxud yaşadığı evi girov qoyub oğluna ev almaq məcburiyyətində qalmazdı.
Maraqlıdır polis rəisi, prokuror, icra
başçısı sahibkar Zauru nə səbəbə bu qədər müdafiə edib, günahsiz ağsaqqal bir
həkimi həbsə atdırıblar? Təzyiqlər nəticəsində infarkt keçirən, şəkər xəstəsi
və böyürəkləri xəstə olan 61 yaşlı insanın başına bir iş gəlsə, bunun cavabını
kimlər verəcək?
Həkimin xəstəliyini nəzərə alaraq, bütün
qohumlar borc taparaq M. Səfərovun pulunu ödəyiblər. M.Səfərov da polis
şöbəsində ərizə yazaraq pulunun ödənildiyini və həkimin azadlığa buraxılmasını
xahiş edib. Bunu məhkəmələrdə də dəfələrlə söyləyib. Halbuki, 150.000 manat pul
T.Qaraşovla Z.Rəhmanovun arasındadır və bu məbləğin kimdə nə qədər olmasını bir
onlar ikisi, bir də Allah bilir. Lakin bütün bunlara baxmayaraq, həkim Lənkəran
və Bakı təcridxanaları arasında qalıb.
14
aprel 2014-cü il tarixində hakim Elşad Əliyevin sədirliyi ilə məhkəmə oldu. 21
aprel 2014-cü il tarixində M.Səfərov məhkəmədə çıxış edib, yuxarıda yazılanları
olduğu kimi deyib. Rəhmanov Zaur da dindirilib. Zaur əvvəl həkimi tanımadığını,
1-ci dəfə gördüyünü deyib, lakin hakimin və köməkçilərinin verdiyi suallardan
və şahid Məmmədov Dadaşın çıxışından sonra Zaurun yalan danışdığı üzə çıxıb.
Bundan sonra o, həkimi tanıdığını etiraf edib. 12 may 2014-cü il tarixində
növbəti məhkəmədə N.Qurbanov M.Səfərovun dediklərini olduğu kimi təsdiq
etdi.
cumhuriyyet.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi