Çində iki ard-arda güclü zəlzələ: 127 nəfər ölüb, 200-dən yaralı var (Yenilənib)
19-12-2023 [09:56]
Çinin Qansu əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zəlzələdə bir çox ev çöküb, 111 nəfər həyatını itirib, 220 nəfər yaralanıb.
Çin agentliyinin xəbərinə görə, Qansu əyalətində zəlzələ nəticəsində 100 nəfər, qonşu Çinxay əyalətində isə 11 nəfər ölüb. Bununla yanaşı, Qansuda 96, Çinhayda isə 124 nəfər xəsarət alıblar: "Bundan başqa, ətraf yaşayış məntəqələrində su və elektrik şəbəkələrinə, nəqliyyat infrastrukturuna və kommunikasiya şəbəkələrinə ciddi ziyan dəyib. Təbii fəlakət bölmələrindən 580 nəfərlik qrup göndərilib. Hazırda xilasetmə işləri aparılır".
Çin prezidenti zəlzələdən zərər çəkmiş vətəndaşların həyat və mallarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsinə göstəriş verib.
Hadisə şahidləri bildirirlər ki, zəlzələdən sonra rayonda bir çox evlərə, yollara və infrastruktura ziyan dəyib, rayonun bir çox kəndlərində işıq və su təchizatında fasilələr yaranıb.
Yerli meteoroloji qurumlar bu gün bölgədə temperaturun mənfi 10 dərəcəyə enəcəyini proqnozlaşdırır.
Bu zəlzələdən az sonra Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, episentri Sincan-Uyğur Muxtar Bölgəsindəki Kaşqarın şimalında - Kızılsu Qırğız Muxtar Prefekturasının Atuş rayonunda olan zəlzələ 10 kilometr dərinlikdə baş verib.
İlkin məlumata görə, 5,4 bal gücündə baş verən zəlzələdə can və mal itkisi olmayıb.
P.S. Son məlumata görə, zəlzələdə həlak olanların sayı artaraq 127-yə çatıb.
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi